13 Mart 2025

Putin – Ərdoğan görüşünün ilk və isti açıqlamaları! – YENİLƏNİB

Liderlər arasında danışıqlar 3 saat davam edib.

Bu barədə Rusiya mediası məlumat yayıb.

Görüş mətbuata qapalı şəkildə keçirilib.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında Soçidə keçirilən görüş davam edib.

APA NTV-yə istinadən xəbər verir ki, danışıqlarda Suriya və Ukrayna ilə yanaşı, Qarabağ məsələsi də müzakirə olunur.

Liderlərin təkbətək görüşdən sonra geniştərkibli görüş keçirəcəyi planlaşdırılır.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında görüş başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Danışıqlar Soçidəki “Rus” sanatoriyasının “İmperial” korpusunun Yaşıl zalında gedir.