08 Sentyabr 2024

Prezidentin xüsusi nümayəndəsi Naxçıvanda

Ötən gün dövlət baçısının sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin olunan Fuad Nəcəfli vəzifəsinin icrasına başlayıb.

Bu barədə naxçıvanlı jurnalist Heydər Oğuz məlumat paylaşıb.

O bildirib ki, Prezidentin səlahiyyətli nümayəndəsi artıq işləyəcəyi qurumun inzibati binasında olub.