Prezidentin ad günü münsibətilə Bərdədə inşa müsabiqəsi qalibləri mükafatlandırılıb- FOTOLAR

Dekabrın 23-ü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi ad günü münasibətilə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində inşa müsabiqəsi qaliblərinin mükafatlandırılması ilə bağlı tədbir keçirilib.
Media1.az-ın xəbərinə görə, tədbirin təşkilatçısı ” Milli dəyərlərin qorunmasına ziyalıların dəstəyi” İctimai Birliyi olub. İnşa müsabiqəsində prezident İlham Əliyevin fəaliyyəti mövzusunda Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbələri-
Əliyeva Məhluqə Əli-132qr
Hacıyeva Əsmər Elşad-124qr
Əkbərli Mehriban Məhəmməd-154 qr
İsmayılzadə Leyla Anar-164
İsmayılzadə Gülnarə Elçin-131
Cəfərov Elvin Vasif-154
Cəfərofa Şəmsiyyə Habil-122
Məmiyeva Aysel Sahib-111
Nağızadə Gülnur İlqar-111
Cəfərov Məhəmməd Rahib-123
Atakişiyeva Ləman Şahsuvar-133
Salmanzadə Pənah Ramil-143
Əlizadə Sənan Seymur-123
Məmmədzadə Mirvari İlqar-121
qalib elan olunublar.
İnşa müsabiqəsinin təşəbbüskarı ” Milli dəyərlərin qorunmasına ziyalıların dəstəyi” İctimai Birliyinin sədri Aydın Zeynalov, inşa müsabiqəsinin münsifi Əhliman Hümbətov olub.
İnşa müsabiqəsinin mükafatlandırma mərasimində Bərdə rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın Sədri və üzvləri, Azərbaycan Ağsaqqallar Şurasının Bərdə rayon şöbəsinin sədri və üzvləri, Media1.az-ın təsisçi və baş redaktoru, Ekoloji İnformasiya İB-nin sədri Musa Muradlı, Arantv.az-ın direktoru Rafiq Hüseynov,Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xosrov Musayev , habelə kollecin müəllim və tələbələri, Millət vəkili Fatma Yıldırımın köməkçisi Fuad Ağayev iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiəlik sükutla yad edilib.
Mərasim iştirakçıları Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, ölkəmiz üçün gördüyü fəxarət dolu işlərdən danışıblar. Azərbaycanın 44 günlük müharibədə əldə olunan qələbəyə görə prezident İlham Əliyevə minnətdarlıq ifadə ediblər. Ad günü münasibətilə möhtərəm prezidenti təbrik ediblər.
Sonra müsabiqə qalibləri fəxri fərmanlarla mükafatlandırılıb.
” Milli dəyərlərin qorunmasına ziyalıların dəstəyi” İctimai Birliyinin sədri Aydın Zeynalov , birliyin gənclər təşkilatının sədri , YAP üzvü Əlisa İsazadənin prezidentə həsr olunmuş “İlham Əmi ” şerini oxuyub. Tədbir iştirakçıları tərəfindən şer alqışlarla dəyərləndirilib.
Media1.az-ın təqdim etdiyi şerdə deyilir:
İlham əmi, nə gözəldi qamətin
Xeyirxahlıq olub arzun,niyyətin
Əzizisən bizim xalqın,millətin
Gəlməyəsən bəd nəzərə,gözə Sən
Dünya görmüş bir atasan bizə Sən
El atası olmaq düzü çətindir
Hamı bilir, İlham əmi mətindir
Sənin dərdin, xalqın, bu millətindir
Namərdləri tezcə götür aradan
Hifz eləsin, Səni böyük yaradan
İlham əmi,həyat özü imtahan
İmtahandan 5 almısan hər zaman
Çox müdriklər görüb tarixi-cahan
Arzuna çat puç olmasın əməyin
Allah olsun Sənin arxan, köməyin
Sərkərdəsən, millət Sənin əsgərin
Ordumuzla birlikdədir,zəfərin
Neçə-neçə ölkələrə, səfərin
Xalqımızı tanıtdı yad ellərə
Dəmir yumruq adı düşüb dillərə
İlham əmi,tanrı Səni saxlasın
Dostun gülsün, düşmənlərin ağlasın
O gün olsun yaşın 100-ü haqlasın
Ellər Səni təbrik etsin ürəklə
Xoş arzuyla,xoş niyyətlə,diləklə…
Tədbirin davamı çay süfrəsi arxasında davam etdirilib. Prezident İlham Əliyevin şərəfinə üzərinə 61 yazılmış tort kəsilib. Çay süfrəsində ümummilli lider Heydər Əliyevin Azərbaycan siyasətində rolu, Azərbaycan dövlətçiliyi ilə bağlı misilsiz xidmətlərindən danışılıb. Tədbir iştirakçıları 90-cı illərdə Bərdədə ümummilli liderin hakimiyyətə gəlişi üçün göstərilən fədəkarlıqlarla bağlı xatirələrin bölüşüblər.
Media1.az- Musa Muradlı


















