22 Dekabr 2024

Prezident Maya Sandu: “Moldovaya hücumlar hazırlanır”

“Moldovaya hücumlar hazırlanır”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu bildirib.

Onun sözlərinə görə, yaxın gələcəkdə bəzi dövlət binalarına hücum edilməsi, girov götürülməsi üzrə hərbi təlim keçmiş diversantların iştirakı hücum planı nəzərdə tutulub. Prezident bildirib ki, qondarma müxalifət Kişineuda hakimiyyəti dəyişmək istəyir.

O, parlamenti xüsusi xidmət orqanlarına əlavə səlahiyyətlər verməyə çağırıb:

“Bu, informasiya və təhlükəsizlik xidmətinə, prokurorluğa ölkənin təhlükəsizliyinə qarşı risklərin öhdəsindən gəlmək imkanı verəcək”.

Maya Sandu qeyd edib ki, təxribatın məqsədi ölkəni Rusiyanın sərəncamına vermək üçün konstitusiya quruluşunu devirməkdir.