Prezident İlham Əliyevin çoxşaxəli inkişaf siyasəti və onun real nəticələri göz önündədir.

Prezident İlham Əliyevin Azərbaycan tarixinə yeni missiya ilə qədəm qoymuşdur. Bu missiyanın fəlsəfəsi daha əvvəl “Əsl siyasət konkret,real iş görməkdən ibarətdir” deyərək ictimai fəaliyyətə başlayan cənab İlham Əliyevin hələ 2003-cü ildə söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam,hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm” fikirləri ilə real məzmun kəsb etməyə başladı.
Ölkəmizdə 2018-ci il 11 aprel tarixində keçirilən prezident seçkilərində cənab İlham Əliyev seçicilərin 86,03%-nin səsini qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezident seçilmişdir.Azərbaycan xalqı həmişə olduğu kimi,bu dəfə də doğru və müdrik seçim etmişdir. Səsini ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalaraq Azərbaycanı regionun liderinə və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirən dünya səviyyəli siyasətçi İlham Əliyevə vermişdir.Növbəti dəfə xalqdan etimad mandatı alan Prezident İlham Əliyevin rəhbərliyi altında son üç ildə Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olmuşdur.Bu mərhələ bütün sahələri əhatə edən, genişmiqyaslı və davamlı islahatlar ilə xarakterizə olunur.Dövlətimizin başçısı tərəfindən “tərəqqi,təkamül və yeni şəraitə uyğunlaşma” kimi qiymətləndirilən dərinləşən islahatlar kursu sosial-iqtisadi,hüquq-məhkəmə, siyasi, struktur və kadr istiqamətlərini əhatə etməklə çoxşaxəli və dinamikdir.Bütün bunlar nəticə etibarilə ölkəmizin daxili siyasi uğurlarını şərtləndirir,səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyini möhkəmləndirir,siyasi sabitlik və təhlükəsizlik mühitinin dönməzliyini təmin edir.Nəticədə daxili siyasətin davamı və tamamlanmsı olan xarici siyasət istiqamətində də mövqelərimiz daha da möhkəmlənir.
Prezident İlham Əliyevin son 18 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərildi.Bu gün də belə təsirlər var.Lakin,Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi,bütün təzyiqlərə baxmayaraq,öz prinsipial mövqeyindən dönmədi.Bu gün də bu qətiyyət,siyasi iradə Qarabağın,Şərqi Zəngəzurun, bütövlükdə Azərbaycanın inkişafı üçün, daha güclü və sabit dövlət olması üçün, vətəndaşının rifah halının daha da yaxşılaşdırılması üçün göstərilir. Hər bir vətəndaş istəyir ki,təhlükəsiz yaşasın,daim inkişaf etsin,arzularını reallığa çevirsin, ən əsası gələcəyinə ümidlə,inamla baxa bilsin,övladlarının,dövlətinin gələcəyindən arxayın olsun. Bütün bunlar o zaman həqiqətə çevrilir ki, həmin xalqın verdiyi sözü əməli fəaliyyəti ilə yerinə yetirən, sabitliyin qarantı olan,beynəlxalq aləmdə yüksək nüfuz qazanan,ölkənin çiçəklənməsini təmin edən,özünü hər bir azərbaycanlının Prezidenti kimi təsdiqləyən Lideri olsun. Bizim belə bir Liderimiz var: bu sözün əsl mənasinda Böyük Azərbaycanlı İlham Əliyevdir.
Cavid Mustafayev,
YAP Goranboy rayon təşkilatının əməkdaşı.