22 Dekabr 2024

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir – YENİLƏNİB

Amerika Azərbaycan Cəmiyyətinin üzvü, Nyu-York şəhər meriyasında protokol departamentinin rəhbəri Rəna Abbasova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Musavat.com xəbər verir ki, məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Sizə doğum gününüz münasibətilə səmimi təbriklərimi, ən xoş arzularımı çatdırıram. Azərbaycanda bayramlar bir-birini əvəz edir. Sizin rəhbərliyinizlə şanlı ordumuz Zəfər tarixi yazdı, bütün dünya azərbaycanlılarına Qələbə sevinci yaşatdı. Bu gün Azərbaycan xalqı xoş əhvali-ruhiyyə ilə gözəl günlər yaşayır. Əldə olunan bütün uğurlar Sizin düşünülmüş siyasətinizin nəticəsidir.

Hörmətli Prezident, Azərbaycan diasporunun ABŞ-da fəalı olaraq “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunduğuma, fəaliyyətimə göstərilən diqqətə görə minnətdarlığımı bildirirəm. Bu diqqət Azərbaycanla bağlı həqiqətlərin ABŞ-da təbliğ edilməsi yolunda məni daha da ruhlandırır və məsuliyyətimi artırır.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, Vətən, xalq naminə görəcəyiniz işlərdə uğurlar, həmçinin qarşıdan gələn prezident seçkilərində qələbə arzulayıram”.

xxx

Rusiyanın Arxangelsk vilayətinin Azərbaycan diasporu regional ictimai təşkilatının idarə heyətinin sədri Tərlan Qasımov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi Arxangelsk vilayətinin Azərbaycan diasporu regional ictimai təşkilatı adından təbrik edirəm.

Sizin rəhbərliyinizlə Azərbaycan dinamik inkişaf nümayiş etdirir, ölkədə iqtisadi, sosial, mədəni və digər sahələrdə böyük nailiyyətlər qazanılmışdır. Respublika daxilindəki millətlərarası və dinlərarası həmrəylik digər dövlətlər üçün nümunədir. Azərbaycanın inkişafı, dünya miqyasında nüfuzunun artması, mövqeyinin möhkəmlənməsi istiqamətində gördüyünüz işlərə, həmçinin Rusiyada fəaliyyət göstərən diaspor təşkilatlarına və ölkələrimiz arasında münasibətlərin inkişafına göstərdiyiniz diqqətə görə Sizə təşəkkürümüzü bildiririk. Sizə ali dövləti fəaliyyətinizdə daha böyük uğurlar arzu edirik.

Biz, Arxangelsk vilayətində yaşayan azərbaycanlılar qarşıdan gələn prezident seçkilərində Sizi dəstəkləyəcəyik. Hər zaman Sizinləyik, cənab Prezident.

Əminik ki, Sizin peşəkarlığınız, məqsədyönlülüyünüz və qətiyyətiniz gələcəkdə də Azərbaycan Respublikasının inkişaf etməsinə, qüdrətlənməsinə, nüfuzunun durmadan yüksəlməsinə kömək olacaq”.

xxx

Rusiyanın Kirov vilayətində fəaliyyət göstərən “Birlik” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Osman Alıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizi “Birlik” Azərbaycan Mədəniyyət Mərkəzi adından doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizin uzaqgörən siyasətiniz sayəsində sürətlə inkişaf edən Azərbaycan yüksək nüfuz və hörmət qazanaraq beynəlxalq aləmdə layiqli yer tutub. Ali Baş Komandan olaraq Sizin rəhbərliyinizlə şanlı Ordumuz Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağı və ətraf rayonları işğaldan azad etməklə möhtəşəm Zəfər əldə edib. Son 200 ildə Azərbaycanın itirilən, işğal olunan torpaqlarını geri qaytaran sərkərdə kimi adınız tariximizə qızıl hərflərlə yazılıb. Dünya azərbaycanlıları Sizin dəmir yumruğunuz ətrafında birləşib. İnanırıq ki, 2024-cü il fevralın 7-də keçiriləcək seçkilərdə Siz yüksək səs çoxluğu ilə yenidən Azərbaycanın Prezidenti seçiləcəksiniz. Kirov vilayətindəki diaspor olaraq hər zaman Sizi və yürütdüyünüz siyasəti dəstəkləyirik. Biz vətəndən kənarda yaşamağımıza baxmayaraq, daim azərbaycançılığı təbliğ edirik.

Cənab Prezident, Siz Dünya Azərbaycanlılarının V Qurultayında xaricdə yaşayan həmvətənlərimizin təşkilatlanması, onların tarixi Vətənlə əlaqələrinin daha da inkişaf etdirilməsi, soydaşlarımızın yaşadıqları ölkələrin ictimai-siyasi həyatında daha fəal iştirakı məsələlərini qeyd etdiniz və bu istiqamətdə tövsiyələrinizi verdiniz. Böyük fəxarət hissi ilə öz fəaliyyətimizdə Sizin tapşırıq və tövsiyələrinizi yerinə yetiririk.

Sizə cansağlığı, uğurlar, əvvəlki seçkilərdə olduğu kimi, növbəti prezident seçkilərində də böyük qələbə arzulayırıq.

Yaşasın Azərbaycan!

Eşq olsun Ali Baş Komandana!”

xxx

Rusiyanın İvanovo Vilayəti Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti regional ictimai təşkilatının sədri Asif Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

İcazə verin, İvanovo vilayətinin çoxsaylı Azərbaycan diasporu adından Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edim.

Böyük liderlik keyfiyyətləriniz, idarəçilik istedadınız, fədakar fəaliyyətiniz sayəsində Siz ölkəmizin inkişaf strategiyasını müəyyən etmisiniz və uğurla həyata keçirirsiniz. Bu strategiya Azərbaycana mühüm nailiyyətlər qazandırıb. Əminik ki, respublikanın daha böyük tərəqqisi naminə bütün planlarınızın yerinə yetirilməsi üçün Sizin böyük potensialınız var.

Sizi bütün dünyada görkəmli dövlət xadimi, dahi atanızın siyasətinin cəsarətli, müdrik və layiqli davamçısı kimi qiymətləndirirlər.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, hər zaman xoş əhvali-ruhiyyə və Azərbaycan xalqının firavanlığı naminə fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram”.

xxx

Qırğızıstandakı “Birlik” Azərbaycanlıların İctimai Birliyinin sədri Xansıvar Baxşəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Sizi “Birlik” Azərbaycanlıların İctimai Birliyi adından doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Biz, Qırğızıstanda yaşayan azərbaycanlılar tarixi Vətənimizə böyük sevgi hissi bəsləyir, öz adət-ənənələrimizi, mədəniyyətimizi hər zaman əziz tuturuq.

Sizin komandanlığınızla 44 günlük Vətən müharibədə torpaqlarımızın işğaldan azad edildiyi 2020-ci il və antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa edildiyi 2023-cü il bizim üçün müstəsna illər oldu. Bu möhtəşəm qələbələr Sizin – Müzəffər Ali Baş Komandanımızın parlaq strategiyası sayəsində əldə edildi. Bu gün Sizin düşünülmüş siyasətiniz sayəsində Azərbaycan güclü iqtisadiyyata və orduya malikdir. Qürur hissi ilə bildiririk ki, Sizin prezidentliyiniz dövründə Azərbaycan möhtəşəm qələbələr qazanıb.

Cənab Prezident, biz Sizin siyasətinizi dəstəkləyirik. İnanırıq ki, Azərbaycan Sizin rəhbərliyinizlə bundan sonra da sürətlə inkişaf edəcək, dünya siyasi arenasında öz mövqeyini daha da gücləndirəcək, yeni-yeni zəfərlər qazanacaq.

Fürsətdən istifadə edib Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirik. Sizə möhkəm cansağlığı, uzun ömür arzulayır, gələn ilin fevralında keçiriləcək prezident seçkilərində dəstəyimizi ifadə edirik”.

xxx

Gürcüstandakı “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zat-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

İcazə verin, Sizi doğum gününüz münasibətilə ən xoş arzularla səmimi-qəlbdən təbrik edim. Sizə müstəqil Azərbaycanımızın tərəqqisi, firavanlığı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş müasir müstəqil Azərbaycanın böyük inkişaf yolu, qüdrətlənməsi, eyni zamanda dünyada etibarlı tərəfdaş kimi qəbul olunması Sizin adınızla bağlıdır.

Gürcüstanda yaşayan minlərlə azərbaycanlı gənc Sizin dəstəyinizlə bu ölkənin ali təhsil müəssisələrində təhsil alır və müasir gürcü cəmiyyətinə inteqrasiya edir. Gürcüstan ilə Azərbaycan arasındakı dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətləri biz Gürcüstan azərbaycanlılarını, eləcə də gürcü ictimaiyyətini çox sevindirir.

Hörmətli Prezident, bu il dünya azərbaycanlılarının əbədiyaşar Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar bütün dünyada olduğu kimi, Gürcüstanda da silsilə tədbirlər keçirilib. Bu əlamətdar tədbirlərdə bizimlə yanaşı, dost və qardaş gürcü xalqının nümayəndələri də Gürcüstanın əsl dostu olmuş Ulu Öndər Heydər Əliyevi böyük hörmətlə yad edib, sonsuz ehtiramlarını bildiriblər.

Möhtərəm cənab Prezident, bu gün dünyada və Gürcüstanda yaşayan azərbaycanlılar Sizin yürütdüyünüz müdrik siyasət nəticəsində əldə edilən uğurların qürur və sevinc hissi ilə yaşayır və fəaliyyət göstərirlər. Otuz illik həsrətdən sonra Siz Müzəffər Lider olaraq Azərbaycanın əzəli torpaqlarını düşməndən azad etdiniz və ölkənin ərazi bütövlüyü, suverenliyi tam təmin olundu. Biz azərbaycanlılar harada yaşamağımızdan asılı olmayaraq hər zaman Sizin siyasətinizi dəstəkləyirik. Gürcüstanda yaşayan yüz minlərlə azərbaycanlı gələn ilin fevralında keçiriləcək növbədənkənar prezident seçkilərində Sizi dəstəkləyir və qələbənizlə bağlı sevinci səbirsizliklə gözləyir.

Hörmətli cənab Prezident, Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də təbrik edir, Sizə, ailənizə və bütün Azərbaycan xalqına xoşbəxt və firavan həyat arzu edir, Qarabağımızda görülən bərpa-quruculuq işlərində uğurlar diləyirəm. Biz birlikdə güclüyük!”

xxx

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Doğum gününüz münasibətilə Sizi “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti adından təbrik edirəm. Alicənablıq, insanpərvərlik, mərdlik kimi ali insani dəyərləri özündə birləşdirən şərəfli və məsuliyyətli fəaliyyətinizdə Sizə uğurlar arzulayıram.

Sizin uzaqgörənliyiniz və humanizminiz, milli və bəşəri dəyərlərə söykənən müdrikliyiniz, yüksək təşkilatçılıq və idarəetmə bacarığınız dünya liderləri üçün örnəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Vətən və xalq naminə gördüyünüz işlərdə yeni-yeni nailiyyətlər diləyirəm”.

xxx

Kanadada fəaliyyət göstərən Kvebek Azərbaycanlıları Assosiasiyasının sədri Məsud Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

İcazə verin, Sizi doğum gününüz münasibətilə Kanadanın Monreal şəhərinin azərbaycanlı icması adından ürəkdən təbrik edim. Keçən illər ərzində Azərbaycanın əldə etdiyi bütün nailiyyətlər, tarixi qələbələr məhz Sizin adınızla bağlıdır. Siz həm də xalqımızın gələcək uğurlarının qarantısınız. Hər bir azərbaycanlı Sizin ölkəmizin rəhbəri kimi fəaliyyətinizdən razıdır və gördüyünüz işləri yüksək qiymətləndirir. Əminik ki, Azərbaycan vətəndaşları gələn il fevralın 7-də keçiriləcək prezident seçkilərində yenidən Sizi dəstəkləyəcəklər.

Hörmətli cənab Prezident, fürsətdən istifadə edərək Sizi, həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirik. Sizə və ailənizə uzun ömür, möhkəm cansağlığı, Azərbaycanın daha parlaq gələcəyi naminə şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq”.

xxx

“Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” Regional İctimai Təşkilatının sədri Bəxtiyar Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Moskvada yaşayan bütün azərbaycanlılar adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram.

Fəxr edirik ki, Sizin kimi dünyanın ən nüfuzlu liderlərindən biri olan Prezidentimiz var. Sizin və rəşadətli Ordumuzun böyük uğurları sayəsində biz azərbaycanlılar indi qürurla, alnıaçıq yaşayır və çalışırıq. Siz layiqli övlad kimi Ümummilli Lider Heydər Əliyevin arzularını həyata keçirdiniz, vəsiyyətini yerinə yetirdiniz, adınızı tarixə qızıl hərflərlə yazdınız. Siz öz fəaliyyətinizlə Azərbaycana sevginizi nümayiş etdirərək onun müstəqilliyini möhkəmləndirdiniz, ərazi bütövlüyünü tam təmin etdiniz, təhlükəsizliyini, hərtərəfli siyasi və iqtisadi inkişafını təmin etdiniz, xalqın rifahı naminə böyük işlər gördünüz. Sizə bütün təşəbbüslərinizdə uğurlar diləyirik.

Fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2024-cü il münasibətilə də təbrik edirik. Gələn il keçiriləcək prezident seçkilərində Sizə inamlı qələbə arzulayırıq”.

xxx

Rusiyanın “Doveriya” Prezident Klubunun Əlaqələndirmə Şurasının sədri Nikolay Tarakanov və İdarə Heyətinin sədri Viktoriya Laziç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Musavat.com xəbər verir ki, məktubda deyilir:

“Möhtərəm İlham Heydər oğlu.

Azərbaycan Respublikasının vətəndaşları üçün əlamətdar olan doğum gününüz münasibətilə Sizi “Doveriya” Prezident Klubunun üzvləri adından və şəxsən öz adımızdan təbrik edirik.

Sizin adınız Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Sizi nüfuzlu, müdrik və uzaqgörən siyasi xadim, mükəmməl strateq, dərin təfəkkürə malik parlaq peşəkar dövlət başçısı kimi tanıyırlar. Siz ölkənizi onun maraqları ilə hamının hesablaşmalı olduğu böyük, güclü, qüdrətli dövlətə çevirmisiniz. Bu gün Azərbaycanda bütün nailiyyətlər Sizin adınızla bağlıdır və bu nailiyyətlər çox prinsipial, məsuliyyətli mövqeyiniz sayəsində əldə edilib.

Xahiş edirik, Azərbaycanın rifahı naminə ən xoş arzularımızı qəbul edin. Sizə uzun ömür, əmin-amanlıq, xoşbəxtlik, ölkənizin maraqlarının qorunmasında və vətəndaşlarınızın mənafelərinin təmin edilməsində uğurlar diləyirik”.

xxx

Rusiyanın Samara Vilayəti Azərbaycanlıları Liqasının sədri Şirvan Kərimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Musavat.com xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

İcazə verin, Sizi doğum gününüz münasibətilə Rusiyanın Samara Vilayəti Azərbaycanlıları Liqasının çoxsaylı üzvləri adından və şəxsən öz adımdan ürəkdən təbrik edim, ən səmimi arzularımızı çatdırım. Sizin doğum gününüzü olduqca xoş əhval-ruhiyyə ilə qeyd edən vətənpərvər dünya azərbaycanlıları xalq, dövlət qarşısındakı böyük xidmətlərinizi alqışlayırlar.

Bu günü əlamətdar tarix edən ən başlıca amil Sizin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilində cəsarətli, qətiyyətli addımlarınız, müdrik siyasi qərarlarınızla ölkəmizin ərazi bütövlüyünü, suverenliyini tam bərpa edərək ata vəsiyyətini yerinə yetirməyiniz oldu.

Möhtərəm Prezident, Azərbaycan xalqı Sizin kimi Prezidenti, Al Baş Komandanı olduğu üçün çox şanslıdır. Bunu ölkənin inkişafı, xalqın rifahı, əmin-amanlığı istiqamətində gördüyünüz böyük işlər bir daha təsdiq edir.

Bu gün Azərbaycan Respublikasının adı dünya ölkələri sırasında qürurla çəkilir. Hər birimiz azərbaycanlı olduğumuz üçün fəxr edirik. Bu qüruru bizə yaşatdığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, ailə səadəti arzulayır, Azərbaycanın rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik. Dünyanın harasında yaşamağımızdan asılı olmayaraq hər zaman Sizin yanınızdayıq”.

xxx

Niderlandda fəaliyyət göstərən Beynəlxalq Azərbaycanlı Qadınlar Birliyinin rəhbəri Kəmalə Cəlilova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Musavat.com xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Beynəlxalq Azərbaycanlı Qadınlar Birliyi adından doğum gününüz münasibətilə Sizə olan səmimi təbriklərimizi və ən xoş arzularımızı qəbul etməyinizi xahiş edirəm.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası böyük inkişaf yolu keçmiş, ölkə həyatının bütün sahələrində mühüm nailiyyətlər əldə edilmişdir.

2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkilərində Sizə müvəffəqiyyətlər diləyirik. Biz, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı qadınlar Sizin siyasətinizi dəstəkləyirik.

Sizə cansağlığı, Azərbaycanın daha da inkişafı, xalqın daha xoşbəxt gələcəyi naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirik”.

xxx

Azərbaycandakı Avropa Yəhudiləri İcmasının baş ravvini Şneor Seqal Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Musavat.com xəbər verir ki, məktubda deyilir:

“Möhtərəm İlham Heydər oğlu.

İcazə verin, Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edim. Yəhudi ənənəsinə əsasən doğum günü çox mühüm tarixdir, belə ki, məhz həmin məqamda Uca Yaradanın dünyanın yeni doğulan insansız daha mövcud ola bilməyəcəyi barədə qərar verdiyinə inanılır. Bu iddia tamamilə Sizə uyğundur: Sizin gündəlik fəaliyyətiniz, enerjiniz, müdrik qərarlarınız açıq şəkildə tarixin gedişatına təsir edir. Sizin rəhbərliyiniz və yorulmaz fəaliyyətiniz sayəsində bütün tarixi torpaqlar Zəfərlə azad olunub, Azərbaycan ildən-ilə yeni zirvələr fəth edir, inkişaf edir və haqlı olaraq dünya arenasında öz layiqli yerini tutur.

Azərbaycanda yaşayan bütün xalqlar arasında əsl tolerant, mehriban münasibətlərin təşəkkül tapmasına Sizin töhfəniz misilsizdir. Sirr deyil ki, günümüzdə dünyada antisemitizmin yeni dalğası yüksəlir. Belə vəziyyət ölkəmizə xas deyil: yəhudilər əsrlərdən bəri Azərbaycanda dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin bütün sakinləri ilə sülh və dostluq şəraitində yaşayıblar. Sizin böyük xidmətiniz sayəsində belə vəziyyət bu gün də davam edir, ölkəmizin bütün yəhudiləri buna görə Sizə sonsuz minnətdardırlar. Dünyanın çox az yerində yəhudi icmalarının tərəqqisi və təhlükəsizliyi üçün belə şərait yaradılıb.

Bu əlamətdar gündə böyük məmnunluq hissi ilə Sizə minnətdarlığımı və ehtiramımı çatdırır, səmimi-qəlbdən yeni-yeni uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq, övladlarınıza və nəvələrinizə bol-bol sevinc arzulayıram. Yəhudi ənənələrində olduğu kimi, 120 ilədək xoş ömrünüz olsun!”

xxx

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının İdarə Heyətinin sədri Ədalət Turan və Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, professor Əmirulla Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Musavat.com xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimizi, ən xoş arzularımızı çatdırırıq. Sizin rəhbərliyinizlə son 20 ildə Azərbaycanda gedən inkişaf prosesləri, ordu quruculuğu, 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunması, Vətənin bütün ərazilərində üçrəngli Bayrağımızın dalğalanması hər bir azərbaycanlıya qürur hissi yaşadıb. Qədirbilən Azərbaycan xalqı Sizə, rəşadətli Ordumuza minnətdardır və bunu heç zaman unutmayacaq.
Siz bu il anadan olmasının 100-cü ildönümünü qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdiniz. Bundan böyük xoşbəxtlik ola bilməz. Biz Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı elm adamları olaraq Sizinlə nə qədər qurur duysaq, azdır. Sizin adınız Azərbaycanımızın tarixinə qızıl hərflərlə həkk olunub.

Bu günlərdə Siz 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə Sərəncam imzaladınız. Hesab edirik ki, tarixi Zəfərdən və Azərbaycanın ərazi bütövlüyünün tam bərpasından sonra yeni prezident seçkilərinin keçirilməsi zərurət idi. Təbii ki, Siz peşəkar siyasətçi olaraq zamanın bu çağırışını doğru qiymətləndirdiniz və cəsarətli addım atdınız. Dünyanın hər yerində yaşayan Azərbaycan vətəndaşları kimi, Türkiyədə yaşayan azərbaycanlı elm adamları da hər zaman olduğu kimi, bu seçkilərdə də iştirak edərək Sizə – Müzəffər Ali Baş Komandanımıza səs verəcəklər. İnanırıq ki, bu seçkilərdə də zəfər Sizin olacaq. Azərbaycanın Sizin kimi müdrik liderə ehtiyacı var.

Cənab Prezident, biz elm adamları hər zaman Vətənimiz Azərbaycanın adını uca tutmaq üçün səy göstərəcəyimizə söz veririk.

Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq”.

xxx

Gürcüstanda fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzinin İdarə Heyətinin üzvləri Rəna Hüseynova və Leyla Əmrahova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.

Musavat.com xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə mərkəzimizin kollektivi adından səmimi-qəlbdən təbrik edirik. Qürurla qeyd edirik ki, “Alyans” Gənclər Mərkəzinin açılışı Sizin doğum gününüzlə eyni tarixə təsadüf edib. Bu əlamətdar tarixin məsuliyyəti və şərəfi bizi fəaliyyətimizdə daha da ruhlandırır.

Cənab Prezident, Sizin ölkə rəhbəri kimi fəaliyyət göstərdiyiniz ötən 20 il ərzində Azərbaycan dövləti və xalqı qarşısında böyük xidmətləriniz olub. Siz Ulu Öndər Heydər Əliyevin dövlətçilik ənənələrinə hər zaman sadiq olaraq Azərbaycanı yüksək zirvələrə qaldırmısınız. Sizinlə fəxr edirik. Siz Gürcüstan azərbaycanlılarının əziz dostusunuz. Göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq. Gürcüstanda yaşayan Azərbaycan vətəndaşları 2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkilərində sevinc və fərəh hissi ilə iştirak edərək Sizi dəstəkləyəcək, xalqımızın işıqlı gələcəyinə səs verəcəklər.

Sizə və ailənizə qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də təbriklərimizi, ən xoş arzularımızı çatdırırıq”.

xxx

Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin sabiq prezidenti Vahid Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Musavat.com xəbər verir ki, məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

İcazə verin, Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edim.

Sizin müdrik rəhbərliyinizlə həyata keçirilən ardıcıl dərin islahatlar və müasirləşdirmə siyasəti, ölkə iqtisadiyyatının davamlı və balanslaşdırılmış inkişafının təmin edilməsi üzrə düşünülmüş tədbirlər sistemi bütün dünya tərəfindən qəbul olunur. Respublikada energetika və inşaat kompleksləri, yüngül və ağır sənaye, nəqliyyat infrastrukturu, sosial, elm və mədəniyyət sahələri uğurla inkişaf etdirilir.

“LUKOYL” şirkətinin Azərbaycandakı fəaliyyətinə göstərdiyiniz diqqətə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Cari layihələr üzrə öhdəlikləri tam həcmdə yerinə yetirmək, eləcə də Azərbaycandakı tərəfdaşlarımızla uzunmüddətli əməkdaşlığımızı genişləndirmək və möhkəmləndirmək üçün əlimizdən gələni edəcəyik.

Zati-aliləri, icazə verin, Sizə uzun ömür və möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, tərəqqi, Azərbaycan Respublikasının inkişafı və onun dost xalqının rifahının daha da yaxşılaşdırılması naminə ali dövləti vəzifənizdə yeni uğurlar arzulayım”.

xxx

Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin Baş icraçı direktoru Vadim Vorobyov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

İcazə verin, doğum gününüz münasibətilə “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin rəhbərliyi adından və şəxsən öz adımdan Sizi ən səmimi arzularımla təbrik edim.

Zəngin və peşəkar təcrübəniz, təşkilatçılıq istedadınız, şəxsi keyfiyyətləriniz Sizə ölkədə və ölkədən kənarda həmkarlarınızın, tərəfdaşlarınızın layiqli hörmətini qazandırıb. Bu gün Azərbaycan Sizin rəhbərliyinizlə dayanıqlı və dinamik inkişaf nümayiş etdirir. Aktual dövlət vəzifələri uğurla icra edilir, investisiya mühitinin yaxşılaşdırılmasına və xarici tərəfdaşlarla iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsinə yönəlmiş ardıcıl fəaliyyət həyata keçirilir.

Fürsətdən istifadə edərək Azərbaycan Respublikasında “LUKOYL”un fəaliyyətinə şəxsən göstərdiyiniz dəstəyə və daimi diqqətə görə Sizə dərin minnətdarlığımı bildirirəm. İcazə verin, Sizi əmin edim ki, biz iki ölkənin maraqları naminə qarşılıqlı əməkdaşlığı bundan sonra daha fəal şəkildə inkişaf etdirmək niyyətindəyik.

Zati-aliləri, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq və ali dövləti fəaliyyətinizdə daha böyük uğurlar arzu edirəm”.

xxx

İsveç-Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Sevda Dadaşova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirik. Bu illər ərzində Azərbaycan dövlətinin inkişaf etməsi, güclənməsi istiqamətində gördüyünüz bütün işlərə görə Sizə minnətdarıq. Vətəndən uzaq olsaq da hər zaman Sizinləyik.

Daim Sizin diqqət və qayğınızı üzərində hiss edən Azərbaycan diasporu bundan sonra da əzmkarlığını artıracaqdır. Azərbaycanın milli maraqları bizim üçün ən vacib məsələdir. Sizinlə və uğurlu siyasətinizlə qürur duyuruq. Dünya azərbaycanlıları ətrafınızda tək yumruq kimi birləşmiş Azərbaycan xalqı ilə birlikdə həmişə Sizin arxanızdadır”.

xxx

Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Lalə Məmmədli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə Almaniyada yaşayan azərbaycanlılar adından ürəkdən təbrik edirəm. Biz Sizi Azərbaycanın inkişafına, xalqın rifahına yönəlmiş ölçülüb-biçilmiş siyasət yürüdən müdrik dövlət başçısı və əsl vətənpərvər şəxsiyyət kimi tanıyırıq. Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası bundan sonra da demokratik dövlət quruculuğu, sabit iqtisadi və sosial inkişaf yolu ilə inamla irəliləyəcək. Sizin yorulmaz səyləriniz, xalqın etimadı, vətəndaşların həyatını daha da firavanlaşdırmaq üçün gördüyünüz işlər ali dövləti fəaliyyətinizdə uğurlarınızı daha da artıracaqdır. 2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkilərində Sizə uğurlar arzulayırıq.

Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq diləyirik”.

xxx

Azərbaycan-Niderland Odlar Yurdu Cəmiyyətinin sədri Frəngiz Bağırova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizi doğum gününüz münasibətilə Cəmiyyətimizin üzvləri adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm. Sizə “İlhamla irəli” devizi ilə “Dəmir yumruq” kimi möhkəm cansağlığı arzulayırıq. Bizə həsrətində olduğumuz Qələbə, tarixdə tayı-bərabəri olmayan Zəfər sevinci yaşatdığınız üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Biz həmişə Sizinləyik.

Yaşasın Ali Baş Komandan!”

xxx

Çexiya-Azərbaycan Elm və Mədəniyyət Mərkəzinin sədri Azər Kərimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Çex Respublikasının tanınmış ziyalılarını, elm xadimlərini, təhsil işçilərini, iş adamlarını, soydaşlarımızı özündə birləşdirən Çexiya-Azərbaycan Elm və Mədəniyyət Mərkəzi adından Sizi doğum gününüz münasibətilə təbrik edir, ən xoş arzularımızı bildiririk.

Biz Azərbaycan xalqının birliyi, həmrəyliyi, xoşbəxt gələcəyi naminə müəyyən etdiyiniz, həyata keçirdiyiniz səmərəli daxili və xarici siyasəti dəstəkləyirik.

Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycanın daha da inkişafı, xalqın rifahı naminə şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Tanrı Sizi qorusun!”

xxx

İtaliyada Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Mais Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Musavat.com xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

İtaliyanın Milan şəhərində diaspor fəaliyyəti ilə məşğul olan Azərbaycan Mədəniyyət Assosiasiyası adından Sizə doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq.

Sizin daxili və xarici siyasətinizin uğurlu nəticələrini böyük maraqla və iftixar hissi ilə izləyirik. Uzaqgörən siyasətiniz və müdrik liderliyiniz sayəsində Azərbaycanın regionda, eləcə də dünyada artan nüfuzunu görməkdən böyük məmnunluq duyuruq, hər bir addımınızı qürurla dəstəkləyirik. Ölkəmizin tarixində açdığınız şanlı səhifə üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Sizin dediyiniz “Bizim gücümüz birliyimizdədir!” ifadəsi hamımızın həyat devizidir. Siz bizim fəxrimizsiniz. Biz Vətən sevdalısı olaraq hər zaman Sizi dəstəkləyirik və dəstəkləyəcəyik”.

xxx

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Musavat.com xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri, hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan şərəf hissi duyuram.

Eyni zamanda, Azərbaycanın qazandığı bütün uğurlar, o cümlədən cəmiyyətdə və idman sahəsində əldə etdiyi nailiyyətlər münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Sizin uzaqgörən liderliyiniz və ölkənizin davamlı inkişafına sadiqliyiniz həqiqətən də ilhamverici və nümunəvidir. Qoy Sizin siyasətiniz və müdrikliyiniz ölkənizi daha böyük inkişafa doğru aparsın və həyatın bütün sahələrində parlaq gələcəyi təmin etsin!

Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram. Doğum gününüz mübarək!”

xxx

Rusiyanın Sverdlovsk vilayətindəki “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlinski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Musavat.com xəbər verir ki, məktubda deyilir:

“Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Rusiya Federasiyasının Ural Federal Dairəsinin çoxsaylı Azərbaycan icması adından və şəxsən öz adımdan Sizə ehtiramımızı bildirir, doğum gününüz münasibətilə səmimi təbriklərimizi çatdırıram.

Sizin insani keyfiyyətləriniz, siyasi iradəniz, təşəbbüskarlığınız, enerjiniz, peşəkarlığınız həm xalq, həm də digər dövlətlərin rəhbərləri tərəfindən yüksək qiymətləndirilir.

Sizin Azərbaycan Respublikasının firavanlığı, onun iqtisadiyyatının və mədəniyyətinin inkişafı istiqamətindəki səyləriniz dəstəklənir. Arzu edirəm ki, sevimli Azərbaycanımızın bundan sonra da sosial-iqtisadi inkişafına, həmvətənlərimizin həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlmiş fəaliyyətinizdə daim böyük uğurlar qazanasınız.

Qoy Sizin bilikləriniz, təcrübəniz, müdrikliyiniz dünyada birliyin və həmrəyliyin möhkəmlənməsinə, tarixən bizə dost, tərəfdaş olan Rusiya Federasiyası ilə qarşılıqlı münasibətlərin daha da genişlənməsinə töhfə olsun! Biz azərbaycanlılar Sizin ətrafınızda birləşərək daxili və xarici siyasətinizi dəstəkləyir, bütün Azərbaycan xalqının birliyi və gücünə görə qürur və sevinc duyuruq.

2020-ci ildə 44 günlük Vətən müharibəsi Sizin sərkərdəlik qabiliyyətiniz, diplomatik məharətiniz, prinsipiallığınız və dəmir iradəniz nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə başa çatdı, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Qısa müddət sonra Qarabağda yenidənqurma işlərinə başlanıldı. Bütün bunlar Sizin uzaqgörən siyasətinizin, həyata keçirdiyiniz siyasi, iqtisadi və hərbi islahatların nəticələridir.

İndi biz cəsarətlə bəyan edirik ki, Azərbaycan xalqı qalib xalqdır. Bütün Azərbaycan xalqı tam əmindir ki, ölkəmizin taleyi qayğıkeş və etibarlı əllərdədir.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, Azərbaycanın rifahı naminə bütün təşəbbüslərinizdə uğurlar diləyirik.

Siz bütün Azərbaycan xalqını xoşbəxt etdiniz. Sizinlə fəxr edirik, Sizə inanırıq, güvənirik, Sizi sevirik”.

xxx

Amerika Azərbaycanlılarının Koordinasiya Şurası və Şuraya daxil olan təşkilatlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Musavat.com xəbər verir ki, məktubda deyilir:

“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Amerika Azərbaycanlılarının Koordinasiya Şurası və Şuraya daxil olan təşkilatlar adından Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirik.

Vətənin rifahı naminə səmərəli fəaliyyətiniz, işgüzar və şəxsi keyfiyyətləriniz, mürəkkəb məsələləri həll etmək bacarığınız haqlı olaraq Sizə doğma Azərbaycanda və onun hüdudlarından kənarda böyük nüfuz və dərin hörmət qazandırıb.

Azərbaycanın tarixində çox böyük əhəmiyyəti olan Vətən müharibəsində Qarabağın işğaldan azad olunması ilə nəticələnən şanlı Qələbə Sizin uzaqgörənliyiniz, müdrik rəhbərliyiniz, qətiyyətli qərarlarınız, xalqımıza inamınız sayəsində əldə edilib. Müharibədən sonra Sizin səyləriniz nəticəsində Qarabağda aparılan sürətli yenidənqurma işlərinin nəticələri təqdirəlayiqdir. Azərbaycan Sizin müdrik rəhbərliyinizlə sosial-iqtisadi inkişafda böyük uğurlar qazanır və beynəlxalq arenada öz nüfuzunu durmadan möhkəmləndirir.

Sizin xaricdəki Azərbaycan diaspor təşkilatlarının fəaliyyətlərinə verdiyiniz qiyməti yüksək dəyərləndiririk. Biz ABŞ-da fəaliyyətimizi daha səmərəli təşkil edərək Azərbaycan həqiqətlərini Amerika ictimaiyyətinə çatdırmaqda davam edəcəyik. Dünya Azərbaycanlılarının Zəfər Qurultayında Sizin tövsiyələriniz bizim üçün çox önəmli və dəyərlidir.

Cənab Prezident, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, Azərbaycanın inkişafı və xalqımızın rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayırıq.

Gələn il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Sizə uğurlar diləyirik. Bütün Azərbaycan vətəndaşlarını seçkilərdə iştirak etməyə və Sizi dəstəkləməyə çağırırıq.

Dərin hörmətlə,

Minəvvər Vahabova

Nyu-York Azərbaycan Amerika Qadınlar Assosiasiyasının sədri,

Adika İqbal

Azərbaycan Dostluq Təşkilatının sədri,

Əsmər Qarayeva

Yuta Azərbaycan İcmasının sədri,

Aynur Ağayeva

Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri,

Əli Əsgərov

“Birləşmiş Azərbaycan Evi”nin sədri,

Esmira Bayramova

Florida Azərbaycan Amerika Cəmiyyətinin sədri,

Ercan Yerdelenli

Azərbaycan Nyu-York Assosiasiyasının sədri,

Fərid Məmmədov

Midvest Amerika Azərbaycan Mərkəzinin sədri,

Günay Məmmədova

Azərbaycan-Amerika Gənclər Federasiyasının sədri,

İradə Axundova

Azərbaycan Mərkəzinin rəhbəri,

Cəmilə Cavadova-Spitzberq

Azərbaycan-Amerika Musiqi Fondunun rəhbəri,

Nərgiz Əliyarova

Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin sədri,

Nabat Eminova

Azərbaycan-Amerika Gənclər Assosiasiyasının sədri,

Rauf Şahbazov

Amerika-Azərbaycan Tibb Assosiasiyasının sədri,

Samir Novruzov

ABŞ-Azərbaycan İnteqrasiya Mərkəzinin rəhbəri,

Tərlan Əhmədov

Men Azərbaycan Cəmiyyətinin sədri,

Telman Cəlil

Azərbaycan Nyu-York Mədəniyyət Mərkəzinin rəhbəri,

Töhfə Eminova

Florida Azərbaycan Amerika Mədəniyyət Assosiasiyasının rəhbəri”.

xxx

Rusiya Federasiyası Primorsk diyarı qubernatorunun müşaviri, Primorsk diyarındakı “Azərbaycan Konqresi” Milli-Mədəni İctimai Təşkilatının sədri Mərdan Novruzov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Musavat.com xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirlər. Sevinirik ki, Prezidentimiz soydaşlarımız arasında və xaricdə ölkənin təcrübəli, uzaqgörən, praqmatik və etibarlı lideri kimi böyük nüfuza malikdir.

Siz suveren, sabit və inkişaf edən Azərbaycanın quruculuğunda uzun yol qət etmisiniz, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu davam etdirərək xalqın məhəbbətini, rəğbətini qazanmısınız. Biz Sizin rəhbərliyinizlə iqtisadi, sosial və digər sahələrdə həyata keçirilən layihələrlə fəxr edirik. Azərbaycanla əməkdaşlıq edən dövlətlər və şirkətlər respublikanı etibarlı tərəfdaş və müttəfiq kimi qiymətləndirirlər.

Azərbaycanın müstəqilliyinin qorunub möhkəmləndirilməsi Sizin xidmətləriniz sırasında xüsusi yer tutur. İşğal altındakı torpaqlarımız Sizin komandanlığınızla 44 günlük Vətən müharibəsində azad edildi. Bu il bir sutka ərzində həyata keçirilən antiterror tədbirləri nəticəsində isə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olundu.

Cənab Prezident, Sizi bir daha səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayırıq. Bu il Sizin Prezident vəzifəsində fədakarcasına çalışmağınızın 20 ili tamam oldu. Şübhəsiz ki, bütün azərbaycanlılar ötən illər ərzində görülmüş işlərin tarixi əhəmiyyətini əbədi olaraq xatırlayacaqlar. Şadıq ki, daim Prezidentimizin dəstəyinə arxalana bilərik”.

xxx

Rusiyanın Ulyanovsk vilayəti qubernatorunun milli məsələlər üzrə müşaviri, “Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti” İctimai Təşkilatının sədri İslam Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Musavat.com xəbər verir ki, məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

Sizi doğum gününüz münasibətilə “Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti” İctimai Təşkilatının üzvləri adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası Sizin uzaqgörən və müdrik rəhbərliyinizlə inamla inkişaf edir. Yüksək peşəkarlıq, qətiyyət və məqsədyönlülük sayəsində ölkədə iqtisadi, sosial, mədəni tərəqqi, sabitlik təmin edilib. Azərbaycan Respublikası ilə Ulyanovsk vilayəti arasında dostluq münasibətlərinin və işgüzar tərəfdaşlığın inkişafına verdiyiniz dəstəyə görə Sizə xüsusi minnətdarlığımızı bildiririk.

Hörmətli İlham Heydər oğlu, Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq, qurucu və məhsuldar fəaliyyətinizdə tükənməz enerji, qarşıya qoyulan məqsədlərə nail olunmasında müvəffəqiyyətlər arzulayırıq. Əminik ki, Sizin peşəkarlığınız və həyat təcrübəniz qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsinə kömək edəcəkdir”.

xxx

Rusiyanın Soçi şəhərindəki Azərbaycan diasporunun rəhbəri, “Dostluq” Azərbaycan Həmvətənlərə Dəstək Mərkəzinin sədri İlqar Səlimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Musavat.com xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

İcazə verin Rusiya Federasiyasının Soçi şəhərində və Krosnodar vilayətində yaşayan azərbaycanlıların adından Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edək. Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və doğma Azərbaycanın rifahı, tərəqqisi naminə gördüyünüz işlərdə uğurlar arzulayırıq.

Bu xoş fürsətdən istifadə edərək qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də Sizi təbrik edirik. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bütün dünya azərbaycanlılarının birlik rəmzi olan Həmrəylik Günü bu il xüsusilə əlamətdardır. Çünki ilk dəfə olaraq bu bayramı suverenliyimizin tam bərpa olunması şəraitində qeyd edəcəyik. Artıq Xankəndi də azaddır. Azərbaycan tam suveren bir dövlətdir.

Bu, əlbəttə, Sizin apardığınız uğurlu siyasətin nəticəsidir. Bu, Sizin “Dəmir yumruğ”unuz ətrafında sıx birləşmiş xalqımızın, müzəffər Ordumuzun qələbəsidir.

Cənab Ali Baş Komandan, biz Rusiyada yaşayan azərbaycanlılar Vətəndən kənarda olsaq da, qəlbimiz daim Azərbaycanla döyünür. Vətəndə baş verən prosesləri diqqətlə izləyir, gördüyünüz işləri alqışlayırıq. Soçi şəhərində və Krosnodar vilayətində yaşayan azərbaycanlılar 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Sizi dəstəkləyəcəklər. Biz çox xoşbəxtik ki, doğma Azərbaycanımıza Sizin kimi Prezident rəhbərlik edir. Sizin sayənizdə bu gün Azərbaycan dünya miqyasında tanınmış bir dövlətə çevrilib. Əminik ki, bu seçkilərdə də xalqımız yekdilliklə Sizə – Müzəffər Ali Baş Komandana səs verəcək. Sizin rəhbərliyinizlə ölkəmiz daha da inkişaf edəcək, böyük uğurlara imza atacaqdır.

Soçi şəhərində fəaliyyət göstərən “Dostluq” Azərbaycan Həmvətənlərə Dəstək Mərkəzi mədəniyyətimizi, dilimizi Rusiyada yaşayan azərbaycanlı gənclərimizə aşılamağı qarşıya məqsəd qoymuşdur. Eyni zamanda, Azərbaycanla bağlı xoş niyyətləri olan digər millətlərin nümayəndələrini də təşkilatımıza cəlb edərək onlarla birgə Azərbaycan mədəniyyətini, dilini, tarixini təbliğ etməyə çalışırıq.

Sizi bir daha təbrik edir, ən xoş arzularımızı çatdırırıq”.

xxx

Niderlanddakı Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Musavat.com xəbər verir ki, məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident, möhtərəm Ali Baş Komandan.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, işlərinizdə böyük uğurlar arzulayıram.

Ali Baş Komandan olaraq Sizin rəhbərliyinizlə şanlı Azərbaycan Ordusu 30 ildən sonra nəhayət əzəli torpaqlarını düşmən tapdağından xilas etdi. Sizin siyasi-strateji qətiyyətiniz sayəsində Qarabağ münaqişəsinə birdəfəlik son qoyuldu. Azərbaycan xalqının ölkə hüdudlarından kənarda yaşayan nümayəndəsi və diaspor təşkilatının rəhbəri olaraq Sizə dərin minnətdarlığımı bildirirəm.

Vətən müharibəsindən sonra Azərbaycanın Qarabağ bölgəsində Sizin rəhbərliyinizlə böyük bərpa və quruculuq işləri həyata keçirilir. Qısa müddət ərzində reallaşdırılan bərpa işləri sözün əsl mənasında heyrət doğurur. Həmçinin otuz il əvvəl zorla yerindən-yurdundan didərgin salınmış keçmiş məcburi köçkünlərin bu gün öz doğma yurdlarına qayıtmaları çox sevindiricidir.

Siz Azərbaycanın yeni tarixini yazdınız. Sizin rəhbərliyinizlə bu gün Azərbaycan beynəlxalq aləmdə sabit, öz üzərinə düşən öhdəliklərini layiqincə yerinə yetirən ölkə kimi qəbul olunur. Praqmatik və rasional düşüncəli Lider olaraq davamlı siyasi sabitlik, təhlükəsizlik, sülh üçün gördüyünüz işləri səmimi-qəlbdən dəstəkləyirik. Əminik ki, həyata keçirdiyiniz siyasət ölkəmizə daha böyük uğurlar və qələbələr gətirəcəkdir.

Möhtərəm cənab Prezident, Sizi doğum gününüz münasibətilə bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, ailə səadəti və Azərbaycanı daha yüksək zirvələrə aparan yolda böyük uğurlar diləyirəm”.

xxx

Kiyevdə fəaliyyət göstərən Azərbaycan-Ukrayna İş Adamları və Sənayeçiləri Birliyinin sədri Əli Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Azərbaycan-Ukrayna İş Adamları və Sənayeçiləri Birliyinin kollektivi adından Sizi doğum gününüz münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı, bütün niyyət və istəklərinizin uğurla həyata keçməsini, ölkəmizə isə sülh, əmin-amanlıq və firavanlıq diləyirəm.

Cənab Prezident, Sizin uğurlu siyasətiniz sayəsində torpaqlarımız işğaldan azad olunmuşdur. Vətən müharibəsində qazanılan şanlı Qələbə nəticəsində əldə olunmuş nailiyyətlər 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri ilə yekunlaşmış, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində öz suverenliyini tam bərpa etmişdir.

Azərbaycan Respublikasının öz inkişafında yeni dövrə qədəm qoyduğu bir dönəmdə biz Sizin regionda davamlı sülhə nail olunması istiqamətində göstərdiyiniz ardıcıl və yorulmaz səyləri alqışlayırıq. Azərbaycanın çoxtərəfli əməkdaşlıq çərçivəsində mühüm regional təşəbbüslər və layihələr həyata keçirməklə bölgədə sabitliyə, təhlükəsizliyə və inkişafa verdiyi töhfə həqiqətən təqdirəlayiqdir. Xüsusilə Ukrayna üçün çətin bir zamanda bu ölkənin xalqına göstərdiyiniz humanitar yardıma görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətli cənab Prezident, Sizə fəaliyyətinizdə daha böyük uğurlar arzulayır, həmçinin inklüziv regional təşəbbüslər və qlobal əhəmiyyətli layihələri həyata keçirməklə bölgənin potensialının tam şəkildə ortaya çıxarılması və istifadə edilməsi üçün göstərilən səylərə töhfə verməyə hazır olduğumuzu bildiririk”.

xxx

Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyasının prezidenti, Beynəlxalq Rusiyalı Həmvətənlər Şurasının sədri Həsən Mirzəyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Sizin vətənpərvər şəxsiyyət kimi fəal həyat mövqeyiniz, dövlət əhəmiyyətli vəzifələri yüksək səviyyədə icra etməyiniz Vətənə ləyaqətli xidmətin örnəyidir. Siz həmvətənləriniz arasında və xaricdə təcrübəli və uzaqgörən siyasi xadim, öz ölkəsinin əsl Lideri kimi böyük nüfuza maliksiniz.

Azərbaycan Sizin müdrik rəhbərliyinizlə mürəkkəb geosiyasi şəraitdə genişmiqyaslı siyasi, iqtisadi islahatlar və dəyişikliklər, əhalinin sosial rifahının artırılması yolunda inamla irəliləyir, aktual beynəlxalq və regional problemlərin həllində fəal iştirak edir.

Siz Azərbaycan Respublikasında Heydər Əlirza oğlu Əliyevin islahatçı siyasətinin layiqli davamçısısınız. Sizin müdrik siyasətiniz sayəsində Azərbaycan ilə Rusiya arasında iqtisadi, mədəni, siyasi əlaqələr gündən-günə genişlənir və möhkəmlənir. Bir soydaş kimi, tarixi Vətənimlə fəxr edir və onu əziz tuturam.

Qoy enerji, gümrahlıq və ruh yüksəkliyi uzun illər Sizinlə olsun! Sizə cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə uğurlar və Azərbaycan xalqının rifahı naminə yeni nailiyyətlər arzulayıram.

Sizə və yaxınlarınıza, bütün Azərbaycan xalqına sülh və əmin-amanlıq diləyirəm”.

xxx

Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə təbrik edirəm.

Sizə ali dövləti vəzifənizdə bundan sonra da aktiv və səmərəli fəaliyyət, möhkəm cansağlığı, səadət, firavanlıq, dostlarınızın səmimiyyətini və diqqətini, əzizlərinizin və yaxınlarınızın sevgisini arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, Sizə Rusiyanın və Azərbaycanın xüsusi xidmətləri arasında ölkələrimizin təhlükəsizliyinə təhdidlərə qarşı layiqli və etibarlı təminatın yaradılmasına, regionda sülhün və sabitliyin qorunmasına istiqamətlənən kəşfiyyat xətti üzrə qarşılıqlı fəaliyyətə göstərdiyiniz daimi diqqət və dəstəyə görə minnətdarlığımı bildirirəm”.

xxx

Monreal Kanada-Azərbaycan Cəmiyyətinin sədri Rəna Müslümova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident, möhtərəm Ali Baş Komandan.

Doğum gününüz münasibətilə Monreal Kanada-Azərbaycan Cəmiyyəti adından və şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırmaqdan şərəf duyuram.

Bu gün Azərbaycan güclü, qalib dövlətdir. Sizin rəhbərliyinizlə Azərbaycanın həm ölkə daxilində, həm də beynəlxalq arenada qazandığı uğurlar, siyasi müdrikliyiniz, müstəsna səriştəniz dünya siyasi liderləri tərəfindən də yüksək qiymətləndirilir. Sizin yürütdüyünüz uzaqgörən və qətiyyətli siyasət sayəsində Azərbaycan tarixinin şanlı səhifələri yazıldı. Ali Baş Komandanı olduğunuz Müzəffər Azərbaycan Ordusunun mərd, qəhrəman əsgər və zabitləri torpaqlarımızı işğaldan azad edib, haqq-ədalətin zəfər çaldığı tarixi Qələbəni qazandılar. Sizin müdrik rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda atdığınız uğurlu addımlar, azad edilmiş ərazilərin qısa müddətdə bərpası, yüksək səviyyədə aparılan tikinti və abadlıq işləri göz oxşayır.

Vətəndən çox uzaqda yaşasaq da, ürəyimiz daim Vətən sevgisi ilə döyünür. Sizin işğaldan azad edilmiş şəhər və rayonlarda şanlı Azərbaycan bayrağını ucaldaraq söylədiyiniz nitqləri böyük həyəcan, qürur və fəxrlə izləyirik. Xankəndidə keçirilmiş hərbi paradı izləyərkən yaşadığımız hissləri dilə gətirmək çətindir. Bu tarixi paradı sevinc göz yaşları ilə, böyük fəxr və qürurla izləyib, Sizi və Ordumuzu bir daha ayaq üstə alqışladıq. Uzun illər idi dünya azərbaycanlılarının bütün bayramlarda dilə gətirdiyi tək bir arzu, dilək
bu idi ki, “o gün olsun torpaqlarımız işğaldan azad olunsun və Azərbaycan Bayrağı Şuşada, Xankəndidə və digər tarixi ərazilərimizdə dalğalansın”. Müzəffər Ali Baş Komandan, Sizin və şücaətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində xalq olaraq biz bu arzuya çatdıq. İndi artıq qalib xalq olaraq qürurla, başıuca yaşayırıq.

Cənab Prezident, Sizi bir daha təbrik edir, dərin ehtiram və sevgimizi ifadə edərək Sizə möhkəm cansağlığı, hər zaman xoş əhvali-ruhiyyə, ölkənin və xalqın rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayırıq. Həmçinin Sizi və gözəl ailənizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq”.

xxx

İsveçdə fəaliyyət göstərən “Azərbaycan Naminə” Cəmiyyətinin sədri Nadir Hollenbrand Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirik.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan böyük nailiyyətlər qazanıb. Biz Sizin uzaqgörən siyasətinizin respublikamızı daim parlaq qələbələrə doğru aparacağına inanırıq. Hər zaman Sizin yanınızdayıq. Qarşıdan gələn növbədənkənar prezident seçkilərində Sizi dəstəkləyəcəyik.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar arzulayırıq”.

xxx

Finlandiya Azərbaycanlıları Assosiasiyasının sədri Vasif Muradlı və Finlandiya Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Finlandiya Azərbaycanlıları Assosiasiyası və Finlandiya Azərbaycanlı Qadınlar Cəmiyyəti adından Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir və ən xoş arzularımızı çatdırırıq.

Ötən 20 il ərzində Ümummilli Lider Heydər Əliyevin ideyalarını uğurla davam etdirərək yürütdüyünüz müdrik və məqsədyönlü siyasət nəticəsində Azərbaycan bölgənin lider dövlətinə, dünyada söz və nüfuz sahibinə çevrilib. Sizin Ali Baş Komandanlığınızla şanlı Ordumuzun 2020-ci ildə
44 günlük Vətən müharibəsində, 2023-cü ildə isə 24 saat ərzində həyata keçirilən antiterror tədbirləri nəticəsində qazandığı möhtəşəm qələbələrlə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Siz son 200 illik tariximizdə ilk dəfə torpaqlarımızı işğaldan azad edən müzəffər sərkərdə oldunuz.

Fürsətdən istifadə edərək Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2024-cü il münasibətilə də təbrik edirik. 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Sizə uğurlar diləyirik. Biz Sizin inamlı qələbənizə inanırıq”.

xxx

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Mehmet Süreyya Er Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident.

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Katibliyi adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Türk Dövlətləri Parlament Assambleyasının qurucu dövlətlərindən olan Azərbaycan Respublikasının Sizin rəhbərliyinizlə türk dövlətlərinin birliyi, həmrəyliyi və əməkdaşlığının daha da möhkəmləndirilməsinə yönəlmiş səyləri türk dünyasında təqdirlə qarşılanır. Qardaş dövlətlərlə möhkəm dostluq, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər bu əməkdaşlığın zənginləşməsinə, yüksələn xətt üzrə inkişafına güclü təsir göstərməkdədir.

Əldə edilmiş nailiyyətlərin türk dünyası üçün əhəmiyyəti böyükdür. Əminəm ki, birliyimiz naminə göstərdiyiniz dəstəklə türk dövlətləri arasında əlaqələr daha da şaxələnəcəkdir.

Həmçinin TÜRKPA Katibliyinin səmərəli fəaliyyəti üçün Azərbaycan Respublikası Hökuməti tərəfindən göstərilən daimi diqqətə və yaradılmış şəraitə görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm.

Bu xoş fürsətdən istifadə edərək, həmçinin Sizi və ailənizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, ali dövləti fəaliyyətinizdə uğurlarınızın daimi olmasını arzulayıram”.

xxx

Almaniyanın “CLAAS Global Sales” Məhdud Məsuliyyətli Cəmiyyətinin İdarə Heyətinin üzvü Kristian Radons Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə “CLAAS Global Sales” Məhdud Məsuliyyətli Cəmiyyətinin İdarə Heyəti adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar arzulayıram.

Qoy Sizin səyləriniz Azərbaycan Respublikasına bundan sonra da rifah, sabitlik və sülh gətirsin! Azərbaycan Qafqazda “CLAAS” şirkəti üçün strateji əhəmiyyət kəsb edir. Biz “CLAAS” qrupu olaraq həmişə öz fəaliyyətimizdə Azərbaycan fermerlərinin şirkətimizin kənd təsərrüfatı texnikası və xidmətlərindən yararlanmalarına və məmnun qalmalarına çalışırıq”.

xxx

Rusiya Federasiyasının senatoru İlyas Umaxanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizi dünyada görkəmli dövlət xadimi, dahi atanızın siyasətinin müdrik və layiqli davamçısı kimi qəbul edirlər. Siz Azərbaycan xalqı üçün uzun illər Azərbaycan Respublikasının davamlı inkişafını, beynəlxalq arenada onun nüfuzunun möhkəmləndirilməsini təmin etmiş böyük lidersiniz. Ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpası əbədi olaraq Sizin adınızla bağlı olacaq. Sizin ölkələrimiz arasında müttəfiqlik münasibətlərinin inkişafına verdiyiniz töhfə yüksək qiymətləndirilir.

Fəxr edirəm ki, uzun illərdir bizi dostluq bağları, qarşılıqlı hörmət və böyüklərimizin vəsiyyətləri birləşdirir.

Bu əlamətdar gündə Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoş əhvali-ruhiyyə, Zati-alinizə xas olan tükənməz enerji, Azərbaycan xalqının rifahı naminə daha məhsuldar fəaliyyət diləyirəm. Arzu edirəm ki, bütün təşəbbüsləriniz və planlarınız həyata keçsin. Sizin quruculuq fəaliyyətiniz daim sevinclə, əmin-amanlıqla, dostluq münasibətləri və xoş əhvali-ruhiyyə ilə müşayiət olunur.

Əminəm ki, Rusiya ilə qardaş Azərbaycanı birləşdirən sıx qarşılıqlı faydalı iqtisadi və humanitar əlaqələr bundan sonra da davam etdiriləcək”.

xxx

ABŞ-da fəaliyyət göstərən “Joblio” şirkətinin təsisçisi və Baş icraçı direktoru Con Purijanski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi, cansağlığı, xoşbəxtlik arzularımı çatdırmaqdan böyük şərəf duyuram.

Siz Azərbaycanı nümunəvi tolerantlıq və insan hüquqlarının müdafiəsi cəmiyyətinə çevirmisiniz. Çoxmillətli bir şirkətin rəhbəri və təcrübəli beynəlxalq ekspert kimi mən Azərbaycanda müxtəlif dinlərə və etnik icmalara misilsiz diqqət və hörmətin olduğunu təsdiq edə bilərəm. Yəhudi əsilli amerikalı kimi mən Azərbaycanda yəhudi icmasına göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirəm”.

xxx

Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Viktor Pinski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Möhtərəm İlham Heydər oğlu.

Xahiş edirəm, doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Qoy ruh yüksəkliyi, enerji və nikbinlik Sizə Azərbaycan Respublikasının rifahı naminə ən mürəkkəb dövləti vəzifələri yerinə yetirməyə kömək etsin, yüksək peşəkarlıq və insani keyfiyyətləriniz isə gələcək uğurların və ölkənin inkişafının rəhni olsun!

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uzun illər ərzində əmin-amanlıq arzulayıram”.

xxx

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşin Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Musavat.com xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Doğum gününüz münasibətilə “Mir” Dövlətlərarası Teleradio Şirkətinin kollektivi adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul edin.

İcazə verin, Sizə möhkəm cansağlığı, əmin-amanlıq, hər zaman nikbin əhvali-ruhiyyə, tükənməz quruculuq enerjisi, uğurlar və gələcəkdə də məhsuldar fəaliyyət arzulayım. Sizə və yaxınlarınıza parlaq gələcək, firavanlıq və xoş günlər diləyirəm”.

xxx

İsrail Knessetinin deputatı Aviqdor Liberman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Musavat.com xəbər verir ki, məktubda deyilir:

“Möhtərəm cənab İlham Əliyev.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Bu il Sizin Azərbaycan Respublikasına rəhbərliyinizin 20 ili tamam oldu. Siz atanızın, əfsanəvi dövlət xadimi Heydər Əliyevin siyasətini davam etdirirsiniz.

Ölkəniz Sizin rəhbərliyinizlə siyasət, iqtisadiyyat, mədəniyyət və digər sahələrdə böyük uğurlar qazanıb. Mən Bakıda tez-tez oluram və Sizin hakimiyyətiniz dövründə Azərbaycanda baş verən böyük dəyişikliklərin şahidiyəm.

Sizə möhkəm cansağlığı arzulayıram. Bizdə – İsraildə deyildiyi kimi, 120 il yaşayasınız!

Sizə gözəl ölkənizin rifahı naminə yeni-yeni uğurlar diləyirəm.

Azərbaycan Respublikasına sülh və tərəqqi arzulayıram”.

xxx

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı üzrə Rusiya Milli Komitəsinin sədri Viktor Arxipov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Musavat.com xəbər verir ki, məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı üzrə Rusiya Milli Komitəsi adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Sizin böyük nüfuzunuz və Azərbaycanın Prezidenti vəzifəsində nail olduğunuz ciddi uğurlar yüksək peşəkarlığınızdan, səriştəli, qətiyyətli, işgüzar keyfiyyətlərə malik, fədakar, ən mühüm dövləti məsələləri həll edə bilən şəxsiyyət olduğunuzdan xəbər verir.

Cənab Prezident, bu şad gününüzdə Sizə gələcək fəaliyyətinizdə uğurlar, güc-qüvvət və əmin-amanlıq arzu edirəm. Qoy hər zaman yanınızda istənilən vəziyyətdə dəstəyinə arxalana biləcəyiniz insanlar olsun! Siz ikitərəfli konstruktiv dialoqun inkişafına fəal şəkildə kömək edirsiniz, ölkələrimiz və xalqlarımız arasında ənənəvi dostluq əlaqələrinin möhkəmlənməsinə əhəmiyyətli töhfə verirsiniz.

Sizə və ailənizə səmimi-qəlbdən möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram”.

xxx

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Musavat.com xəbər verir ki, məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Zati-alinizə doğum gününüz münasibətilə Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Bu xoş fürsətdən istifadə edərək OPEC və qeyri-OPEC ölkələrinin Əməkdaşlıq Bəyannaməsinə əsasən dayanıqlı neft bazarının sabitliyini təmin etmək üçün göstərilən səylərdə ən etibarlı tərəfdaşlardan biri olan Azərbaycan Respublikasının Prezidenti kimi Sizin idarəçilik, diplomatik və liderlik xüsusiyyətlərinizə heyranlığımı vurğulamağı özümə borc bilirəm.

Bu il Bakıya səfərim zamanı gərgin iş qrafikinizə baxmayaraq vaxt ayırıb məni qəbul etdiyiniz üçün Zati-alinizə bir daha minnətdarlığımı bildirirəm.

Möhtərəm cənab Prezident, gözəl ölkənizə səfərlərimiz zamanı keçirilən yüksək səviyyəli görüşlərdə təşkilatımıza göstərilən misilsiz qonaqpərvərliyə görə Sizə daim minnətdarıq.

Cənab Prezident, Sizi doğum gününüz münasibətilə bir daha təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, uğurlar arzulayır və Azərbaycan Respublikasına uzun illər rəhbərlik etməyinizi diləyirəm”.

xxx

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktoru Andrey Kondraşov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Rusiyanın TASS İnformasiya Agentliyinin kollektivi adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi qəbul edin.

Sizin həyat yolunuz quruculuqdur və bu, bütün qüvvənizi və fərqli liderlik bacarığınızı həsr etdiyiniz xalqa xidmətlə sıx bağlıdır.

Sizin bütün daxili resursları birləşdirərək ölkənin inkişafına yönəltmək bacarığınız ictimaiyyətə zamanın çağırışlarının öhdəsindən uğurla gəlməyə şərait yaradan mühüm amildir. Respublikada Sizin rəhbərliyinizlə həyata keçirilən irimiqyaslı iqtisadi və humanitar layihələr onun tərəqqisi üçün geniş imkanlar yaradır.

Rusiyada Azərbaycana xüsusi səmimiyyətlə və sevgi ilə yanaşırlar. Siz dövlətlərarası sazişlərin praktiki icrasına yardım etməklə ölkələrimizin xalqları arasında əlaqələrin möhkəmlənməsi üçün Rusiya və Azərbaycanın uğurlu gələcəyinin zəmanətinə çevriləcək möhkəm təməl yaradırsınız.

TASS öz fəaliyyətində respublikanın həyatında baş verən əsas hadisələrin işıqlandırılmasına mühüm diqqət ayırır. Ümid edirəm ki, bizim informasiya əməkdaşlığımız keyfiyyətcə yeni müstəviyə çıxacaq.

İcazə verin, Sizə doğum gününüzdə dərin ehtiramımı ifadə edim, möhkəm cansağlığı, əmin-amanlıq, Azərbaycan xalqının rifahı naminə yeni-yeni müvəffəqiyyətlər arzulayım”.

xxx

Rusiya Federasiyasının Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Leonid Slutski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əziz İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı və uğurlar arzulayır, ən yüksək ehtiramımı ifadə edirəm.

Siz dahi atanızın layiqli varisi və ideyalarının böyük davamçısı kimi onun arzularının reallaşmasına artıq nail olmusunuz. Azərbaycanın ən doğru inkişaf yolunu, onun beynəlxalq aləmdə siyasi, iqtisadi və sosial mövqeyini müəyyən etmisiniz, ölkənin suverenliyi tam təmin olunub.

Siz təcrübəli, qətiyyətli, uzaqgörən və nəcib dövlət xadimisiniz. Əminəm ki, Siz gələcəkdə də bu yolda – ən mürəkkəb məsələlərin həllində və Azərbaycanın maraqları naminə onun imkanlarının genişləndirilməsində, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasında öz səylərinizi və məharətinizi əsirgəməyəcəksiniz.

Aramızda olan mehriban münasibətləri yüksək qiymətləndirirəm, bu münasibətlərin konstruktiv məzmunundan məmnunam. Sizinlə və mehriban ailənizlə görüşlər daim məni ürəkdən sevindirir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq, müvəffəqiyyətlər diləyir, ən xoş arzularımı çatdırıram”.

xxx

Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

İcazə verin doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edim.

Sizin uzaqgörənliyiniz və müdrikliyiniz, müstəsna səriştəniz, yüksək fədakarlığınız, durmadan artan milli lider nüfuzunuz və insanları ruhlandırmaq bacarığınız ən yüksək hörmətə və rəğbətə layiqdir.

Əminəm ki, Sizin istedadlı rəhbərliyiniz bundan sonra da Azərbaycanın tərəqqisinə, həmçinin Azərbaycan ilə Rusiya arasında qarşılıqlı hörmətə əsaslanan, faydalı və səmimi dostluq münasibətlərinin möhkəmlənməsinə kömək edəcək.

Həyatınızın bu əlamətdar günündə ən cəsarətli planlarınızın reallaşması üçün Sizə möhkəm cansağlığı, tükənməz enerji və güc diləyirəm.

Sizə və gözəl ailənizə, bütün ölkənizə uğurlar və sülh arzu edirəm”.

xxx

“SOCAR Energy Georgia” MMC-nin baş direktorunun müşaviri Yuri Çaxunaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əziz İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə xüsusi ehtiramla təbrik edirəm. Sizə möhkəm cansağlığı, ailə səadəti, tükənməz enerji, ölkənin və xalqın rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Tələbəlik illərindən dostlarınız kimi, Sizin rəhbərliyinizlə Azərbaycanın həm ölkə daxilində, həm də beynəlxalq arenada qazandığı uğurlarla fəxr edirik. Bu nailiyyətlər Azərbaycan xalqının qazandığı tarixi qələbələrdə özünün daha parlaq təzahürünü tapıb. Sizin yürütdüyünüz müdrik və düşünülmüş siyasət sayəsində bu qələbələrin əsasları qoyuldu. Ali Baş Komandan kimi istedadınız, Azərbaycanın əsgər və zabitlərinin qəhrəmanlığı isə ölkənin əzəli tarixi torpaqlarının azad olunması və əsl sahiblərinə qaytarılması ilə nəticələndi. Sizin rəhbərliyinizlə azad edilmiş ərazilərin qısa müddətdə bərpası göstərdi ki, Qarabağ Azərbaycanın incisinə çevrilir.

İcazə verin Sizə bir daha ən xoş arzularımı bildirim, planlarınızın və ideyalarınızın tezliklə reallaşmasını arzulayım”.

xxx

Rusiyanın TASS informasiya agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz mübarək olsun! Sizin üçün bu əlamətdar gündə ən səmimi təbriklərimi qəbul edin.

Siz uzun illər ərzində ölkənin həyatında sabitliyin və rifahın təminatçısı, Azərbaycan xalqının etibarlı müdafiəçisi, dünyada gedən iqtisadi və siyasi proseslərin fəal iştirakçısı, Rusiyanın etibarlı tərəfdaşısınız. Sizin müdrik siyasətiniz, strateji düşüncə tərziniz, məqsədyönlülüyünüz və uzaqgörənliyiniz artıq çoxdandır ki, ən yüksək şəkildə qiymətləndirilib, Azərbaycan xalqı tərəfindən ehtiram və minnətdarlıqla, dünya ictimaiyyətinin rəğbəti ilə qarşılanıb.

Sizə səmimi-qəlbdən xoşbəxt həyat və ən başlıcası, uzun ömür arzulayıram. Qoy, həyatınız sevincli hadisələrlə, xeyirxah əməllərlə və böyük nailiyyətlərlə zənginləşsin!

Sizə və yaxınlarınıza möhkəm cansağlığı, əmin-amanlıq, Azərbaycan xalqına sülh və tərəqqi arzulayıram”.

xxx

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitskidən və Baş katibin müavini Aydın Cəfərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurası adından təbrikimizi qəbul edin.

Dərin biliyiniz və yüksək peşəkarlığınız Sizə öz dövlətinizin maraqlarını müdafiə etmək, açıq siyasi dialoq aparmaq imkanı verir. Sizin ardıcıl fəaliyyətiniz, sözsüz ki, respublikanın sosial-iqtisadi inkişafına və onun Müstəqil Dövlətlər Birliyi çərçivəsində çoxşaxəli əməkdaşlığın möhkəmlənməsindəki ənənəvi fəal iştirakına kömək edir.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, səadət, firavanlıq və Azərbaycan xalqının rifahı naminə yeni-yeni müvəffəqiyyətlər arzulayırıq”.

xxx

ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti Ravvin Mark Şnayer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, cənab Prezident.

Doğum gününüz mübarək. Bu əlamətdar gündə Azərbaycan xalqı və bütün dünyadan olan insanlara qoşularaq Sizə – görkəmli dövlət xadimi, sadiq beynəlmiləlçi və mərhəmətli insana xoşbəxtlik arzulamaqdan şərəf duyuram.

Cənab Prezident, Sizin fəaliyyətinizin və ümumbəşəri dəyərlərə sadiqliyinizin dünyamız üçün nə demək olduğunun şahidi olmuşam. Azərbaycan cəmiyyəti üçün əsas dəyərlərdən olan tolerantlığın və dinc yanaşı yaşamağın inkişafına verdiyiniz böyük töhfəyə görə Sizi alqışlayıram.

Möhtərəm cənab Prezident, əmin ola bilərsiniz ki, bəşəriyyətə sədaqətinizin və möhtəşəm təvazökarlığınızın izi tarixdə əbədi qalacaq. İnanıram ki, Siz bundan sonra da uzun illər müdriklik və ümid nümayiş etdirərək hamımızı birlikdə daha yaxşı bir dünya yarada biləcəyimizə inanmağa ruhlandıracaqsınız.

Tanrı Sizə möhkəm cansağlığı, uzun illər sevinc dolu xoşbəxtlik nəsib etsin!”

xxx

Amerika Muğam Cəmiyyətinin prezidenti Cefri Verbok Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident İlham Əliyev.

Doğum gününüz münasibətilə Sizi təbrik edirəm və neçə-neçə belə gözəl günlər qeyd etməyinizi arzulayıram.

1997-ci ilin yayında atanızla Nyu-Yorka səfəriniz zamanı Yəhudi Təşkilatları Prezidentlərinin Konfransı çərçivəsində Sizinlə qısa da olsa görüşdük. Nyu-Yorkdakı görüşümüzdən cəmi bir neçə ay əvvəl – 1997-ci il mayın 23-də isə mən Ümummilli Lider Heydər Əliyevlə Bakıda görüşmüşdüm. Atanız Azərbaycanın möhtəşəm mədəniyyəti ilə bağlı fikirlərini bölüşmək üçün məni iş otağına dəvət etdi. Ümummilli Lider öyrənmişdi ki, mən Bakıda yenicə təmir edilmiş Opera və Balet Teatrının açılışında çıxış etmək üçün gəlmişəm və mən ömrünü Azərbaycanın musiqi mədəniyyətinin öyrənilməsinə və təbliğinə həsr etmiş azsaylı qeyri-azərbaycanlılardanam. Mən 1973-cü ildən kamança və tarda ifa edirəm və bu son 50 il ərzində ABŞ, Kanada, Böyük Britaniya, Avropada, İsraildə və təbii ki, Azərbaycanın ən yaxşı məkanlarında çoxsaylı konsertlərim olub.

Fürsətdən istifadə edərək ölkənizin suverenliyinin tam bərpası münasibətilə Sizi təbrik edirəm. Şuşanın işğaldan azad olunduğunu eşitdiyim gün həyatımın ən xoşbəxt günlərindən biri idi. 2022-ci ilin iyul ayında Azərbaycan və onun musiqi mədəniyyəti, dünyada bənzəri olmayan və daha çox tanınmağa layiq olan Azərbaycan xalqı haqqında yeni sənədli film çəkmək məqsədilə bu gözəl şəhərə səfər etdim.

Ümidvaram ki, nə vaxtsa biz görüşəcəyik və nailiyyətləriniz münasibətilə Sizi şəxsən təbrik edəcəyəm. Azərbaycanın ənənəvi mədəniyyəti, incəsənətinin təbliği və dəstəklənməsi istiqamətində gördüyü böyük işlərə görə şəxsən birinci xanım və Birinci vitse-prezident Mehriban Əliyevanı da təbrik etmək istəyirəm. Bəlkə də birinci xanım 2006-cı ildə Vaşinqtonda səfərdə olarkən mənim kimi Azərbaycan mədəniyyətinin pərəstişkarı olan qeyri-azərbaycanlı şəxslərin təqdimat mərasimində tanış olduğumuzu xatırlayır”.

xxx

Rusiya Federasiyası Novosibirsk vilayəti Qanunverici Məclisinin sədr müavini Mayis Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə Novosibirsk vilayəti ərazisində yaşayan bütün azərbaycanlılar adından və şəxsən öz adımdan təbrik edirəm. Azərbaycan Respublikasının Prezidenti vəzifəsində ölkə iqtisadiyyatının dayanıqlılığının artırılması, dövlətin ərazi bütövlüyünün təmin edilməsi və qorunub saxlanılması, sülh və anlaşmanın möhkəmləndirilməsi üzrə fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayıram.

Biz, soydaşlar yaşadığımız ölkədən asılı olmayaraq, Sizin dünya səviyyəli siyasətinizlə fəxr edir və qürur duyuruq. Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dostluğun və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində səylərimizi əsirgəmirik.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, ailə səadəti, ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm. Biz daim sizinləyik”.

xxx

Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Möhtərəm İlham Heydər oğlu.

Xahiş edirəm doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Gözəl diplomat, ən yüksək daxili mədəniyyətə, parlaq istedada malik bir şəxsiyyət kimi Siz mühüm layihələr həyata keçirirsiniz. Sizin böyük enerjiniz var və bir çox sahələrdə aktiv fəaliyyət göstərir, doğma ölkənizin inkişafına mühüm töhfə verirsiniz.

Sizin daimi dəstəyiniz və diqqətinizlə əhatə olunmuş Azərbaycan Respublikasının mədəni proqramları bir rəssam kimi mənim üçün xüsusilə yaxındır.

Rusiya Rəssamlıq Akademiyasının üzvlərinin aktual rəssamlıq layihələrinə və beynəlxalq fəaliyyətinə diqqətinizə, Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin möhkəmləndirilməsi üzrə birgə layihələrə dəstəyinizə görə Sizə minnətdaram.

Sizinlə və əziz, unudulmaz atanız Heydər Əliyevlə mənim üçün xoşbəxt olan ünsiyyət dəqiqələrini və görüşlərimizin bənzərsiz ab-havasını daim xatırlayıram.

Möhtərəm İlham Heydər oğlu, Sizə dərin ehtiramımı bildirmək, fəaliyyətinizdə daimi uğurlar, özünüzə və ailənizə möhkəm cansağlığı, firavanlıq, xoşbəxtlik və tərəqqi diləmək fürsətinə görə ürəkdən şadam”.

xxx

Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Musavat.com xəbər verir ki, məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

Zati-alinizi doğum gününüz münasibətilə təbrik etməkdən şərəf duyur, Azərbaycan xalqı və dövləti naminə misilsiz fəaliyyətinizdə, beynəlxalq müstəvidə böyük dəyər kəsb edən səylərinizdə Uca Yaradandan uğurlar diləyirik.

Siz müdrikliyinizi yaşınızla, təvəllüd tarixinizlə deyil, əməllərinizlə, dövlətçilik təfəkkürünüzlə təsdiq etmiş dövlət xadimisiniz. Sizin Azərbaycan xalqına bəxş etdiyiniz Qarabağ Zəfəri uğurlu dövlət xadiminin, qalib sərkərdənin doğma xalqına əvəzsiz töhfəsi olub, bəşər tarixinə həkk ediləcək hadisə miqyasına malikdir. Azərbaycan xalqının haqq mübarizəsinin qalibiyyət dastanını dünya tarixinin səhifələrinə möhtəşəm Zəfər Günü ilə həkk etmiş şəxsiyyət olaraq Zati-aliniz Azərbaycanın ərazi bütövlüyünü və əzəli torpaqları üzərində suveren hüququnu təsbit etdi. Tarixi ədalətin bərpası – əzəli Azərbaycan torpaqlarının işğaldan azad edilməsi yönündə Ali Baş Komandan olaraq qalib gəldiyiniz Vətən müharibəsi haqqın, ədalətin təntənəsinə inamı təcəssüm etdirdiyi kimi, 15 oktyabr – Xankəndi Zəfəri millət olaraq ləyaqət və şərəfimizin bərpasını əyan etdi. Azərbaycan xalqının Ulu Öndərinin vəsiyyətini – Ata vəsiyyətini yerinə yetirmiş Zati-alinizin Azərbaycan cəmiyyətinə bəxş etdiyi bu təntənəli tarixi günə görə hər bir azərbaycanlının qəlbində özəl yeri vardır.

Uca Yaradan doğru yolda olanların səy və əməllərinə rəvac verir. Şükürlər olsun ki, Vətənimizə, millətimizə uğurlar yaşadan Sizin kimi Liderimiz var. Böhranları üstələyə bilən iqtisadiyyatı, örnək siyasi mədəniyyəti, dini-mənəvi dəyərləri, multikultural ənənələri ilə tanınan Azərbaycan dünyaya örnəkdir. Bütün bunlar, heç şübhəsiz ki, Sizin güclü, ardıcıl siyasi iradənizin sayəsindədir. Bu gün Sizin rəhbərliyinizlə multikultural, bəşəri dəyərlərə sadiq Azərbaycan işğaldan azad olunmuş torpaqlarında erməni vandalizminin acı nəticələrini aradan qaldırır, möhtəşəm infrastruktur layihələri, genişmiqyaslı quruculuq işləri reallaşdırır. Allah evlərinin, məbəd və ibadət məkanlarının yenidən inşa-bərpası ilə bağlı qətiyyətli iradə və fəaliyyətiniz bizi hədsiz sevindirir.

Möhtərəm cənab Prezident, dini konfessiya rəhbərləri olaraq müxtəlif etnik və dini mənsubiyyət daşıyıcısı olan Azərbaycan vətəndaşlarının mənəvi harmoniya şəraitində bir ailənin üzvləri kimi xoşbəxt yaşamalarını təmin edən multikultural ənənələrimizə istinadən Sizin qlobal müstəvidə dinlər və sivilizasiyalararası dialoq işinə verdiyiniz böyük əməli töhfələri yüksək dəyərləndiririk. Sizin təvəllüd gününüz bizə xoş fürsət verir ki, Zati-alinizin Azərbaycan dövləti və cəmiyyəti üçün böyük xidmətlərinə görə bütün Azərbaycan dindarlarının dərin təşəkkürlərini bir daha ifadə edək. Azərbaycandakı müxtəlif dini konfessiyaların nümayəndələri – dindarlar və din xadimləri fəxr edir və inanırlar ki, Azərbaycanı qalib ölkə, xalqını Zəfər çalmış xalq yüksəkliyinə qaldırmış Zati-alinizin rəhbərliyi ilə Azərbaycan bundan sonra da yeni zirvələrə yüksələcək, hər zaman uğurlara imza atacaqdır.

Zati-alinizi və Azərbaycanın əmin-amanlığını, tərəqqisini təmin edən siyasi dəst-xəttinizi, beynəlxalq miqyasda həmrəyliyə xidmət edən ideyalarınızı dəstəkləyən, hər zaman diqqət, qayğı və himayənizi hiss edən biz dindarların duaları hər zaman Sizinlədir.

Möhtərəm cənab Prezident, Siz Uca Allahın köməyi ilə Azərbaycan xalqının dəstək və həmrəyliyi, sonsuz məhəbbət və dərin etimadını haqq etmisiniz və bu, Ulu Tanrının lütfüdür. Bu xoş fürsətdən istifadə edərək Azərbaycanda siyasi hakimiyyətə gəlişinizin 20-ci ildönümü münasibətilə Sizi ürəkdən təbrik edir, dövlətimizə və xalqımıza bəxş etdiyiniz uğurlu inkişaf yolu və tarixi nailiyyətlərə görə səmimi təbriklərimizi ifadə edirik. Həyatını Azərbaycana həsr etmiş, anadan olmasının 100-cü ildönümü tamam olan Ulu Öndərin bütün fəaliyyət və əməlləri kimi, ailə ocağında yetişmiş övlad da Azərbaycan xalqının səadətinə xidmət etməkdədir.

Möhtərəm cənab Prezident, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların Məşvərət Şurası adından Sizi – Azərbaycan dövlətinin müzəffər dövlət başçısını bir daha ürəkdən təbrik edir, ölkə dindarlarının iradəsini ifadə edərək Zati-alinizə və dəyərli ailənizə cansağlığı, xoşbəxtlik, dövlətçiliyimiz naminə fəaliyyətinizə uğurlar diləyirik. O Bir Olan Yaradanımız hər zaman yardımçınız olsun, Lütf və Mərhəmətini Azərbaycan xalqı, dövləti və onun müdrik dövlət rəhbəri üzərində bərqərar etsin, Azərbaycanı hifz etsin! Amin!

Dərin hörmət və ehtiramla,

Şeyxülislam Allahşükür Paşazadə
Qafqaz Müsəlmanları İdarəsinin sədri,

Milix Yevdayev
Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri,

Arximandrit Aleksiy Nikonorov
Rus Pravoslav Kilsəsinin və Azərbaycan Yeparxiyasının katibi,

Yepiskop Vladimir Fekete
Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının ordinarisi,

Aleksandr Şarovski
Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri,

Robert Mobili
Alban-udi Xristian Dini İcmasının sədri”.

xxx

Rusiya Federasiyası Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Musavat.com xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikasının əldə edilmiş nailiyyətlər əsasında gələcək sosial-iqtisadi inkişafı üzrə mühüm və məsuliyyətli fəaliyyətinizin davamlı olmasını və Rusiyanın regionları ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsi istiqaməti də daxil olmaqla, yeni təşəbbüs və layihələrin həyata keçirilməsini arzulayıram.

Sizə möhkəm cansağlığı, uğurlar diləyirəm”.

xxx

Rusiyalı sahibkar Alişer Usmanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Musavat.com xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Siz təbiət etibarilə əsl lider, böyük ürəyi və parlaq zəkası olan insansınız. Siz müzəffərsiniz və daim Azərbaycan xalqına lazım olanı əldə edirsiniz. Siz millətin müdrik və xeyirxah atası, bütün azərbaycanlıların sevgi hissi bəslədiyi dövlət xadimisiniz.

Sizə səmimi-qəlbdən cansağlığı və xoşbəxtlik arzulayıram. Allah Sizi, Azərbaycanı və Azərbaycan xalqını hifz etsin!”

xxx

“TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Asset Assavbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Musavat.com xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri, hörmətli İlham Heydər oğlu.

İcazə verin, “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi adından və şəxsən öz adımdan Sizə olan dərin ehtiramımı bildirim, doğum gününüz münasibətilə səmimi təbriklərimi çatdırım.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası dinamik inkişaf yolu ilə irəliləyir, bütün sahələrdə böyük uğurlar qazanır və ardıcıl surətdə dünyada öz nüfuzunu möhkəmləndirir. Sürətlə inkişaf edən və daim böyük nailiyyətlər qazanan Azərbaycan digər dövlətlərlə uğurlu qarşılıqlı əlaqələr üçün əlverişli mühitə malikdir və bununla beynəlxalq aləmdə imicini qoruyub saxlayır. “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi ölkənizin iqtisadi, sosial tərəqqisi və nəqliyyat sənayesinin əsas rol oynadığı əməkdaşlığın inkişafı istiqamətində Sizin xidmətlərinizi yüksək qiymətləndirir.

Fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının “TRACECA”nın həm milli, həm də beynəlxalq səviyyədə fəaliyyətinə göstərdiyi dəstəyə görə dərin minnətdarlığımı bildirirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə, yaxınlarınıza və bütün Azərbaycan xalqına möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və tərəqqi arzulayıram”.

xxx

2001-2011-ci illərdə Ərəb Dövlətləri Liqasının Baş katibi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Əmr Musa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Musavat.com xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İndiyə qədər əldə etdiyiniz nailiyyətlər Sizin peşəkar liderliyiniz və yaxşı düşünülmüş siyasətiniz sayəsində mümkün olub. Siz Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam təmin etməklə yanaşı, davamlı tərəqqi və yüksəlişin nadir nümunəsinə nail olmusunuz. Siz sülh şəraitində birgəyaşayışa və qonşularınızla əməkdaşlığa önəm verirsiniz. Həmçinin Qoşulmama Hərəkatına uğurla sədrlik etmiş, təşkilatın fəaliyyətinə mühüm töhfələr vermisiniz. Təbii ki, bunlar 2023-cü ildə əldə etdiyiniz nailiyyətlərin bir qismidir. Əminəm ki, yeni ildə daha mühüm məqsədlərin həyata keçirilməsinə nail olacaqsınız. Bu sırada COP29-u xüsusi vurğulamaq istərdim. Uğurlarınız daim himayə etdiyiniz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri tərəfindən yüksək qiymətləndirilir.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizi Yeni 2024-cü il münasibətilə də təbrik edir, Sizə və ailənizə xoşbəxtlik və firavanlıq arzulayıram. Yeni ildə Sizin rəhbərliyinizlə Azərbaycana, eləcə də bütövlükdə regiona sülh, sabitlik, tərəqqi diləyirəm.

Möhtərəm Prezident, Sizə ən yüksək hörmət və ehtiramımı bildirirəm”.

xxx

Qafqaz Müsəlmanları İdarəsinin Şimali Qafqaz üzrə səlahiyyətli nümayəndəsi Şaqabitdin-Hacı Kerimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Musavat.com xəbər verir ki, məktubda deyilir:

“Möhtərəm İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə Şimali Qafqaz müsəlmanları adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm. Tanrıya dua edərək Sizə firavanlıq, xoşbəxtlik, qardaş Azərbaycan xalqının rifahı, Qafqazda və bütün dünyada möhkəm sülh naminə fəaliyyətinizdə yeni uğurlar və zəfərlər arzu edirəm.

Siz Azərbaycan Respublikasının Prezidenti və öz xalqının lideri kimi ölkənizin sosial-iqtisadi inkişafı və onun beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsi işində mühüm nəticələrə nail olmusunuz. Siz Azərbaycan xalqının mənəvi-əxlaqi inkişafı məsələlərinə, İslamın həqiqi mənəvi dəyərlərinin möhkəmlənməsinə, dinlərarası və millətlərarası həmrəyliyin qorunub saxlanmasına və dərinləşməsinə böyük diqqət yetirirsiniz.

Siz atanız, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi kursunu davam etdirərək Azərbaycan Respublikasında dövlətçiliyin möhkəmləndirilməsi və ölkənin ərazi bütövlüyünün bərpası üçün misilsiz xidmətlər göstərmisiniz. Sizin parlaq diplomatik istedadınız, siyasi müdrikliyiniz və qeyri-adi liderlik keyfiyyətləriniz sayəsində bu gün Azərbaycan regionda şəksiz lider və keyfiyyətcə yeni geosiyasi şəraitin yaradılmasının lokomotivi, sabitliyin, sülhün və mehriban qonşuluğun carçısıdır.

Sizin mərdliyinizə, qətiyyətinizə və müdrik uzaqgörənliyinizə – yalnız həqiqətən güclü və cəsur insana xas olan keyfiyyətlərinizə görə Şimali Qafqazın bütün müsəlmanları adından Zati-alinizə təşəkkürümü bildirməyi özüm üçün şərəf sayıram.

Zati-aliləri, biz, Qafqaz müsəlmanlarının nümayəndələri daim Sizin yanınızda olacağıq. Qafqazda və bütün dünyada sülh, sabitlik və rifah naminə qadir Allaha dua edirik. İnşallah.

Ulu Tanrı yorulmaz fəaliyyətinizdə Sizə kömək olsun, mərhəmətini heç vaxt əsirgəməsin”.

xxx

Rusiya Federasiyası İnquşetiya Respublikasının birinci Prezidenti, Sovet İttifaqı Qəhrəmanı Ruslan Auşev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Musavat.com xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.

Azərbaycan Respublikasının Prezidenti vəzifəsində məqsədyönlü fəaliyyətiniz Sizin zəmanəmizin görkəmli siyasi və dövlət xadimi kimi böyük istedadınızı üzə çıxardı. Ölkənizin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş iqtisadi, sosial və mədəni inkişaf strategiyasının ardıcıl və dəqiq həyata keçirilməsi Sizə cəmiyyətdə və beynəlxalq arenada böyük hörmət, etimad və nüfuz qazanmağa imkan verib.

Yüksək peşəkarlıq, zəngin həyat təcrübəsi, ən mürəkkəb şəraitlərdə siyasi kompromis tapmaq bacarığı, Azərbaycan vətəndaşlarının maraqları naminə sosial siyasətin ardıcıl həyata keçirilməsi Sizə ölkənin qarşısında duran vəzifələri uğurla həll etmək imkanı verib.

Hörmətli İlham Heydər oğlu, doğum gününüz münasibətilə Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, çoxmillətli Azərbaycanın gələcək inkişafı naminə planlarınızın və təşəbbüslərinizin həyata keçirilməsində yeni-yeni uğurlar, əmin-amanlıq, sülh, xoşbəxtlik və tərəqqi arzulayıram”.

xxx

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri Nuran Abdullayev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Trend-in məlumatına görə, məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi, uzun ömür, möhkəm cansağlığı arzularımı çatdırır, ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.

Sizə yaşadığım Almaniyada, eləcə də sıx əlaqədə olduğum digər Avropa ölkələrində hər zaman xalqının önündə qürurla dayanan və verdiyi hər bir sözü yerinə yetirən əvəzedilməz Lider kimi rəğbət bəslənilir. Bunu istər siyasi, istərsə də akademik arenada əcnəbi vətəndaşlardan eşitmək ürəyi daim Vətənlə döyünən bir azərbaycanlı kimi mənə böyük qürur hissi yaşadır.

Cənab Ali Baş Komandan, dövlətçilik ənənələrinə sadiq olan, dövlətçilik prinsiplərini əsas tutan gənclərə göstərdiyiniz xüsusi diqqət və qayğı məndə və digər gənc dostlarımızda hər zaman böyük ruh yüksəkliyi yaradıb. Siz gənclərə hər addımda insanın öz kökünə və tarixinə sadiqliyi, xüsusən də ata və onun vəsiyyətinin müqəddəsliyi dərsini nümayiş etdirirsiniz. O sadiqlik və ata vəsiyyəti ki, məhz onunla biz doğma Vətənimizi bu gün bütövləşən görmüşük.

Azərbaycanı daim zirvələrə ucaltdığınız, Vətənimiz naminə bütün mübarizələrdə xalqımızı və dövlətimizi qalib etdiyiniz üçün Sizə sonsuz təşəkkürümü bildirirəm.

Sizi əmin etmək istəyirəm ki, gələn il keçiriləcək və tariximizə Zəfər seçkiləri kimi düşəcək növbədənkənar prezident seçkilərində hər zaman dövlətçilik ənənələrinə sadiq olan biz gənclər Sizi – müzəffər Sərkərdəmizi dəstəkləyəcəyik. Əminik ki, bu dəfə də qalib Siz, Azərbaycan xalqı və Azərbaycan dövləti olacaqdır.

Sizi həm öz adımdan, həm də hər zaman qayğınızı görən ailəmiz adından bir daha təbrik edirəm”.

xxx

2015-2020-ci illərdə Xorvatiya Respublikasının Prezidenti Kolinda Qrabar-Kitaroviç Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Trend-in məlumatına görə, məktubda deyilir:

“Zati-aliləri, hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi təbrik edirəm. Sizə cansağlığı və ən xoş arzularımı çatdırıram. Həmçinin böyük Azərbaycan dövlətinin və bütün regionun davamlı sülh, təhlükəsizlik və firavanlığa doğru aparılması istiqamətində fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayıram”.

xxx

2000-2010-cu illərdə Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Trend-in məlumatına görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident, əziz dost.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Sizin fəal işiniz, dövlətin qarşısında duran əsas vəzifələri səmərəli surətdə həll etmək və beynəlxalq məsələlərin həlli yollarını tapmaq bacarığınız Sizə haqlı olaraq bütün dünyada yüksək nüfuz və hörmət qazandırıb.

Sizə dost deyə müraciət edə və ünsiyyət qura bildiyimə görə taleyimə minnətdaram.

Cənab Prezident, icazə verin, Sizə çoxşaxəli fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və firavanlıq arzulayım.

Fürsətdən istifadə edərək Sizə, ailənizə və ölkənizə Yeni illə bağlı ən xoş arzularımı bildirirəm”.

xxx

Napoli-Bakı Assosiasiyasının sədri Cuzeppe Kanilia Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Trend-in məlumatına görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimizi çatdırıram.

Biz ölkənizə və onun vətəndaşlarına yorulmaz xidmətinizə görə Sizə minnətdarlığımızı bildiririk və hər zaman Sizi dəstəkləyəcəyik.

Sizə həm şəxsi həyatınızda, həm də ali dövləti fəaliyyətinizdə uğurlar və xoşbəxtlik dolu bir il diləyirik”.

xxx

23.12.2023

TÜRKSOY-un Baş katibi Sultan Raev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Musavat.com xəbər verir ki, məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Baş katibliyi, üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Zati-alinizin müdrik siyasəti nəticəsində qardaş Azərbaycanın bu il bütün əraziləri üzərində tam hüquqi nəzarətini bərpa etməsi təkcə Azərbaycanın deyil, həm də Türk dünyasının böyük uğurudur.

TÜRKSOY-un yaradılmasının 30-cu ildönümü münasibətilə Bakıda keçirilən təntənəli mərasimə ünvanladığınız təbrik məktubu hamımızı sevindirdi və Türk xalqları arasında mədəni inteqrasiyanın inkişafı istiqamətində gələcək fəaliyyətimizin geniş vüsət alması üçün bizi daha da ruhlandırdı.

Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar ilboyu Azərbaycanda və digər üzv ölkələrimizdə keçirdiyimiz tədbirlərin uğurla başa çatdırılmasında
Sizin TÜRKSOY-a dəstəyinizi daim hiss etdiyimizi xüsusi vurğulamaq istəyirəm.

Möhtərəm Prezident, TÜRKSOY-un fəaliyyətinə göstərdiyiniz diqqət və dəstəyə görə Zati-alinizə dərin təşəkkürümü bildirir, bu əlamətdar gündə Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram”.

xxx

Qazaxıstanın Xalq yazıçısı, görkəmli şair və ictimai xadim Oljas Süleymenov Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əziz İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi təbrik edirəm. Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Sizi Yeni il münasibətilə də təbrik edirəm. Qoy gələn il Azərbaycan və bütün Türk dünyası üçün qələbələr ili olsun!

Sizin səmərəli fəaliyyətiniz nəticəsində bütün dünya Azərbaycanla bağlı həqiqətlər, ölkənizin və xalqınızın qazandığı nailiyyətlər haqqında məlumatlıdır.

Nəticələri ölkəniz və bütövlükdə region üçün taleyüklü olacaq növbədənkənar prezident seçkilərində Sizə uğurlar diləyirəm”.

xxx

Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru Vasili Qolubev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi təbrik edirəm.

Qoy Sizə xas olan möhkəm iradə, təcrübə, liderlik keyfiyyətləri, həmkarlarınızın hörməti, həmyerliləriniz arasında nüfuzunuz gələcəkdə də Azərbaycanın iqtisadi və sosial inkişafına xidmət etsin!

Rostov vilayəti əməkdaşlığı, respublikanızla və onun regionları ilə yaranmış dostluq münasibətlərini yüksək qiymətləndirir.

Sizə cansağlığı, əmin-amanlıq və uğurlar arzulayıram”.

xxx

Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini Dmitri Kozak Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Siz müdrik və uzaqgörən dövlət xadimi kimi öz vətəninizdə və xaricdə böyük hörmət qazanmısınız. Sizin rəhbərliyinizlə Azərbaycanın dayanıqlı inkişaf yolu ilə irəliləməsi respublikanın vətəndaşlarının qəlbində minnətdarlıq hissləri doğurur.

Sizin ölkələrimiz və xalqlarımız arasında dostluq və müttəfiqlik münasibətlərinin inkişafına şəxsi töhfənizi xüsusi qiymətləndiririk. Hesab edirəm ki, bu münasibətlərin gələcəkdə möhkəmləndirilməsi potensialı genişdir.

Fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn Yeni 2024-cü il münasibətilə təbrik edirəm.

Sizə möhkəm cansağlığı, enerji, uğurlar və növbədənkənar prezident seçkilərində ümumxalq dəstəyi, bizə yaxın olan Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram”.

xxx

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti – İdarə Heyətinin sədri Andrey Kostin Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Heydər oğlu.

Doğum gününüz münasibətilə “VTB Bank”ın İdarə Heyəti, kollektivi adından və şəxsən öz adımdan səmimi təbriklərimi qəbul edin.

Bu il Sizin respublikaya fədakar xidmətinizin 20 ili tamam oldu.
Bu vaxt ərzində Azərbaycanda xarici siyasət, iqtisadiyyat, sosial sahə və dövlət quruculuğunda şəksiz uğurlar əldə olunub. Ölkə Sizin rəhbərliyinizlə beynəlxalq arenada nüfuzunu xeyli möhkəmləndirib, regional lider mövqeyini gücləndirib, Avrasiya məkanında, o cümlədən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi kimi yeni beynəlxalq nəqliyyat marşrutlarının formalaşması prosesində əhəmiyyətli aktora çevrilib.

Rusiyada Azərbaycan Respublikası, Azərbaycan xalqı ilə möhkəm əməkdaşlıq münasibətlərini və müttəfiqlik qarşılıqlı fəaliyyətini, məhsuldar ikitərəfli əlaqələri yüksək qiymətləndirirlər. “VTB” qrupu mürəkkəb çağırışlar şəraitində dinamik inkişaf edən işgüzar əlaqələrə, konstruktiv dialoqa böyük əhəmiyyət verir.

Hörmətli İlham Heydər oğlu, doğum gününüzdə və respublika üçün bu əlamətdar ildə Azərbaycana Sizin rəhbərliyinizlə yeni-yeni nailiyyətlər, Sizə isə qarşıdakı prezident seçkilərində müvəffəqiyyətlər, tükənməz güc ehtiyatı, yaxınlarınızla birlikdə cansağlığı, firavanlıq və əmin-amanlıq arzulayıram”.

xxx

Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Bu gün Azərbaycan Respublikası siyasi, iqtisadi, sosial, humanitar və digər sahələrdə böyük uğurlar qazanmağa davam edir. Dövlət xadimi kimi müdrikliyiniz və zəngin həyat təcrübəniz Sizə respublikada və onun hüdudlarından kənarda böyük hörmət qazandırıb.

Sizin Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsində mühüm amil olan Rusiya-Azərbaycan müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə şəxsi töhfənizi xüsusi qeyd etmək istəyirəm. Əminəm ki, ölkələrimizə dost olan xalqların maraqları naminə, o cümlədən Qərbin müasir neokolonializm siyasəti ilə mübarizə çərçivəsində dialoqun ardıcıl surətdə inkişafının ciddi perspektivləri var.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq və uğurlar diləyirəm”.

xxx

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

İcazə verin doğum gününüz münasibətilə Sizi təbrik edim.

Bu əlamətdar gündə Sizə, ailənizə və bütün Azərbaycan xalqına möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzularımı bildirirəm.

Sizin gördüyünüz işlər, qazandığınız nailiyyətlər bütün dünyada milyonlarla azərbaycanlıya ilham verir. Azərbaycan Sizin rəhbərliyinizlə böyük uğurlar qazanıb. Amma bu il ən böyük nailiyyət Azərbaycanın suverenliyini tam bərpa etməsi oldu.

Azərbaycanın dünya arenasında nüfuzu böyük dərəcədə artıb.
Bu, hər şeydən əvvəl, Sizin xidmətinizdir. Yuxarıda qeyd edilən uğurların kulminasiya nöqtəsi isə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsinə dair qərar oldu.

Möhtərəm İlham Heydər oğlu, hadisələrin baş verməsi mərhələlərinə nəzər salsaq, dahi Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi, Sizin uzaqgörənliyiniz, parlaq diplomat, böyük strateq istedadınız heyranlıq doğurur.

Sizə, gözəl ailənizə cansağlığı, xoşbəxtlik, tərəqqi, hər zaman xoş əhval-ruhiyyə arzulayıram”.

xxx

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Sizi Türk Mədəniyyəti və İrsi Fondunun yeni prezidenti olaraq salamlayır və doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, qardaş Azərbaycan xalqının rifahı naminə gördüyünüz işlərdə yeni-yeni uğurlar diləyirəm.

Müdrik və uzaqgörən siyasətiniz nəticəsində Azərbaycan regionda və dünyada getdikcə daha mühüm rol oynayır. Ölkənin iqtisadi və sosial inkişafına, onun xarici siyasi maraqlarının müdafiəsinə yönəlmiş fəaliyyətinizdə Sizə tükənməz enerji arzu edirəm.

Bu xoş fürsətdən istifadə edərək, mənə etimad göstərib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti təyin olunmağıma verdiyiniz dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin şəxsi təşəbbüsünüz əsasında yaradılmış təşkilatın rəhbəri vəzifəsinə layiq görülməyim mənim üçün böyük şərəf və qürurdur. Sizi əmin etmək istərdim ki, Türk dünyasının daha da gücləndirilməsi, onun zəngin mədəni irsinin qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm.

Eyni zamanda, Zati-alinizin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı böyük Zəfər, eləcə də Azərbaycanın və Türk dünyasının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin memarı, bütün varlığı ilə Vətəninə bağlı olmuş dünya miqyaslı siyasətçi Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Sizin sevinciniz bütün Türk xalqlarının sevincidir”.

xxx

Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini Maqomedsalam Maqomedov Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Təcrübəli və məsuliyyətli dövlət xadimi kimi, Siz haqlı olaraq həmvətənləriniz arasında və beynəlxalq arenada yüksək nüfuza maliksiniz.

Sizin adınız Rusiya və Azərbaycan xalqlarının rifahı naminə strateji tərəfdaşlıq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi ilə ayrılmaz surətdə bağlıdır.

Sizə möhkəm cansağlığı və yeni uğurlar, Azərbaycan Respublikasının bütün vətəndaşlarına isə sülh və tərəqqi arzulayıram”.

xxx

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin İdarə Heyəti Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik etməkdən, ali dövləti fəaliyyətinizdə Sizə uğurlar diləməkdən şərəf duyuruq.

Sizin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin gənclərinin həmrəyliyi və inkişafı ilə bağlı qəti mövqeyinizin ifadəsi olaraq, 2004-cü ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Baş Assambleyasının təsis iclasının keçirilməsinə, onun İƏT-in üzv qurumu olaraq beynəlxalq təsisat kimi formalaşmasına və inkişafına, eləcə də İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinə Bakıda ev sahibliyi edilməsinə Azərbaycan hökumətinin davamlı dəstəyi regionun digər liderləri üçün parlaq nümunədir. Forumun beynəlxalq təşkilat kimi təsis edilməsini Azərbaycan Respublikasının İƏT-ə verdiyi mühüm töhfə kimi qeyd etməyiniz bizi daim qürurlandırır. İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin İdarə Heyətinə göstərdiyiniz etimadla və dəstəklə fəxr edir, bu etimadı doğrultmaq üçün səylərimizi əsirgəməməyə çalışırıq.

Sizin müdrik siyasətinizin nəticəsi olaraq Azərbaycanın bu il bütün əraziləri üzərində tam hüquqi nəzarətini bərpa etməsi təkcə Azərbaycan tarixində deyil, İslam ölkələri tarixində də son iki yüz ildə işğal olunmuş ərazilərin azad edilməsi istiqamətində əldə edilmiş ilk və böyük uğurdur. Biz müsəlman ölkələri gəncləri adından bu Qələbəni böyük sevinc və fərəh hissi ilə qarşıladıq.

Şuşa şəhərinin gələn il İslam dünyasının həm mədəniyyət, həm də gənclər paytaxtı seçilməsi müsəlman dünyasında Sizin nüfuzunuzun bariz göstəricisidir. Biz inanırıq ki, gələn il Azərbaycan, xüsusilə Şuşa şəhəri müsəlman gənclərinin həmrəylik mərkəzi olacaqdır.

2024-cü ildə Azərbaycan Respublikasında keçiriləcək prezident seçkilərində Sizə uğurlar arzu edir və Sizin inamlı qələbənizə inanırıq.

Möhtərəm Prezident, Sizə və ailənizə möhkəm cansağlığı, müvəffəqiyyətlər və firavanlıq arzulayırıq.

Sizə olan ən yüksək ehtiramımızı və xoş arzularımızı qəbul etməyinizi xahiş edirik”.

xxx

Rusiya Notariuslar Assosiasiyasının sədri, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Natiq Ağamirov Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

İcazə verin, Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edim, Sizə möhkəm cansağlığı və doğma Azərbaycanın rifahı naminə yeni nailiyyətlər arzulayım.

Bu gün biz – Sizin həmvətənləriniz, dostlarınız indiki mürəkkəb tarixi dövrdə Azərbaycan xalqının öz Prezidenti və Ali Baş Komandanı başda olmaqla suveren maraqlarını necə inamla və ardıcıl surətdə qoruduğunu, iqtisadi və siyasi nailiyyətlərini artırdığını, müdafiə qabiliyyətini və beynəlxalq mövqelərini möhkəmləndirdiyini, doğma Qarabağın hər qarış torpağının qorunmasında qətiyyətli olmasını bütün dünyaya nümayiş etdirdiyini, quruculuq fəaliyyəti ilə ölkənin daha sürətli inkişafı və firavanlaşması üçün möhkəm zəmin yaratdığını böyük qürurla izləyirik.

Üç il bundan əvvəl Sizin komandanlığınız altında şanlı ordumuz doğma Qarabağımızı və onun beşiyi olan Şuşanı işğaldan azad etdi. Sizin dövlət xadimi, sərkərdə, görkəmli siyasətçi və diplomat kimi böyük istedadınız Ağdam, Laçın və Kəlbəcəri qan tökmədən geri almağa, bir qədər sonra isə ildırım sürəti ilə həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkənin ərazi bütövlüyünün tam bərpa olunmasına imkan yaratdı.

Cəmi üç il keçib, amma bu müddət ərzində çox böyük işlər görülüb. Bu gün əsl qurucu dövlət xadimi kimi Siz bu şəhərləri dirçəldirsiniz. Bu, xalq üçün əsl xoşbəxtlikdir, Liderin zəfəridir!

Bugünkü dünyada Sizin kimi ölkəsinə bu qədər müdrikcəsinə rəhbərlik edən, öz xalqının və dünya ictimaiyyətinin böyük etimadını qazana bilən dövlət başçısı tapmaq qeyri-mümkündür.

Çox hörmətli İlham Heydər oğlu, Azərbaycanda qarşıdan gələn prezident seçkiləri ərəfəsində doğma Vətənindən kənarda yaşayan milyonlarla həmvətənimiz Sizin fəaliyyətinizi yekdilliklə dəstəklədiyini bəyan edir, Azərbaycanın tərəqqisini və rifahını yalnız və yalnız Sizin fəaliyyətinizlə bağlayır. Uca Yaradan Sizə bu yolda güc-qüvvət və səbir versin!

Qarşıdan gələn il Sizə və bütün Azərbaycan xalqına əmin-amanlıq, daha böyük uğur və xoşbəxtlik gətirsin! Sizə və yaxınlarınıza səadət və firavanlıq arzu edirəm”.

xxx

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik diləyirəm.

BP şirkəti olaraq biz Azərbaycanda dünya miqyaslı enerji layihələrinin əməliyyatçısı olmaqdan qürur duyuruq. Bu strateji enerji layihələrinin gerçəkləşməsi Sizin rəhbərliyiniz və daimi dəstəyiniz sayəsində mümkün olmuşdur.

Biz Azərbaycan hökuməti və SOCAR ilə səmərəli əməkdaşlığımızdan məmnunluq duyuruq və bu strateji tərəfdaşlığın uzun illər davam edəcəyinə əminik.

Bu xoş fürsətdən istifadə edərək, Sizi və Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə də təbrik edirəm. Yeni ildə Sizə, yaxınlarınıza və Azərbaycan xalqına firavanlıq, sülh və rifah arzulayıram”.

xxx

Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri Yevgeniya Qutsul Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

İcazə verin, qaqauz xalqı adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə Sizə təbriklərimi çatdırım.

Bu əlamətdar gün münasibətilə Sizə möhkəm cansağlığı, tükənməz enerji, firavanlıq, Azərbaycan Respublikasının tərəqqisi naminə bütün planlarınızın uğurla həyata keçməsini arzulayıram.

Sizin zəngin siyasi təcrübəniz, enerjiniz və peşəkarlığınız, eləcə də ən çətin məsələlərdə düzgün qərar vermək bacarığınız sayəsində Azərbaycan bu gün böyük iqtisadi nailiyyətlər qazanıb və inkişaf etmiş beynəlxalq subyektlərdən biridir.

Eyni zamanda, icazə verin, Qaqauz sakinlərinə göstərilən diqqətə, eləcə də Qaqauz Muxtariyyəti ilə əməkdaşlığın inkişafına verdiyiniz böyük töhfəyə görə Sizə dərin minnətdarlığımı bildirim. Qaqauz regionunun təşəbbüslərinə Sizin diqqətiniz etimadlı qarşılıqlı münasibətlərin sübutudur.

Möhtərəm cənab Prezident, bu xoş fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının tərəqqisi və inkişafı naminə ali dövləti fəaliyyətinizdə Sizə müvəffəqiyyətlər arzulayıram”.

xxx

“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri Arif Quliyev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının üzvləri adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə təbrik etməyi və ən xoş arzularımızı çatdırmağı özümüzə böyük şərəf hesab edirik.

Zati-alinizin Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafı ilə bağlı arzu və vəsiyyətlərini həyata keçirmək istiqamətində reallaşdırdığınız humanist və sülhsevər siyasət nəticəsində doğma Azərbaycanımızın durmadan inkişafı, dünya ölkələri arasında layiqli yer tutması, suverenliyinin tam bərpa olunması bizi olduqca fərəhləndirir, Vətənimizdən kənarda azərbaycançılıq naminə yeni-yeni nailiyyətlər qazanmağa səfərbər edir.

Müstəqil Azərbaycanımızın dövlət quruculuğu sahəsindəki səylərinizi və siyasi, iqtisadi, mədəni əməkdaşlığın genişləndirilməsinə, inkişaf etdirilməsinə göstərdiyiniz diqqət və qayğını yüksək qiymətləndiririk.

Bu xoş fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, Azərbaycan diasporunun fəaliyyətinə göstərdiyiniz dəstəyə görə dərin təşəkkürümüzü bildiririk. Bu əlamətdar gündə Zati-alinizə və bütün ailə üzvlərinizə, doğma xalqımıza möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq”.

xxx

Rusiyanın “Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aleksey Millerdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi “Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyəti adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Sizə cansağlığı, firavanlıq, Azərbaycanın inkişafı ilə bağlı planlarınızın uğurla gerçəkləşməsini, bütün Azərbaycan xalqının rifahı naminə səmərəli fəaliyyətinizdə yeni və böyük nailiyyətlər arzulayıram”.

xxx

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Peşəkar siyasi xadim və Vətəninə sadiq insan kimi Siz öz həmvətənləriniz arasında və ölkənizdən xaricdə yüksək nüfuza maliksiniz.

Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi və sosial sahələrdə təqdirəlayiq uğurlara nail olub və gələcəyə əminliklə baxır.

Ölkənizə tərəqqi, şəxsən Sizə isə möhkəm cansağlığı və ailə səadəti arzu edirəm”.

xxx

22.12.2023

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Musavat.com xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Siz dəqiq məqsədlərə çatmaq və ölkənizə sədaqət nümayiş etdirməklə peşəkar fəaliyyətinizdə çox uğurlara nail olmusunuz. Sizin uzaqgörən dövlət xadimi və müdrik lider keyfiyyətləriniz sayəsində Azərbaycan Respublikası böyük inkişaf və tərəqqi əldə edib, beynəlxalq arenada ölkənizin nüfuzu durmadan yüksəlir.

Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyətinə Sizin daimi diqqətinizə görə minnətdarlığımı bildirirəm. Azərbaycan Respublikası dialoq üzrə tərəfdaş kimi təşkilatımız çərçivəsində qarşılıqlı fəaliyyəti genişləndirməyə səy göstərir. Əminəm ki, Sizin dəstəyinizlə biz qarşılıqlı faydalı əməkdaşlıq üçün daha çox səy göstərəcəyik.

Sizə və ailənizə səmimi-qəlbdən xoşbəxtlik və cansağlığı arzulayıram. Fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn Yeni il münasibətilə də təbrik edir, ali dövləti fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

xxx

Rusiyanın “SAFMAR Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Musavat.com xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin müdrikliyiniz, qətiyyətiniz, xarakterinizin möhkəmliyi əsl xalq liderinin parlaq xüsusiyyətləridir. Sizin ədalət və Vətənə fədakar xidmət ideallarınız respublika vətəndaşlarını yeni nailiyyətlərə ruhlandırır.

Hörmətli İlham Heydər oğlu, Sizin səmərəli rəhbərliyiniz sayəsində ölkə durmadan inkişaf edir, iri investisiya və infrastruktur layihələri reallaşdırılır, Azərbaycan əhalisinin həyat keyfiyyəti yüksəlir, dövlətin beynəlxalq arenada rolu güclənir.

Sizə möhkəm cansağlığı, tükənməz enerji və uzun ömür arzulayıram. Azərbaycanın rifahı və tərəqqisi üçün yorulmaz fəaliyyətiniz həmvətənləriniz tərəfindən həmişə layiqincə dəyərləndirilir və dəyərləndiriləcək”.

xxx

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Musavat.com xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram.

Sizin Azərbaycanın Prezidenti vəzifəsində çoxillik səmərəli fəaliyyətiniz doğma ölkənizə sevginizin, onun təhlükəsizliyinin və hərtərəfli inkişafının, xalqın əmin-amanlığının təmin edilməsi səylərinizin parlaq təzahürüdür.

Bu gün də çox mürəkkəb qlobal çağırışlar şəraitində Sizin zəhmətinizin nəticələri, zəngin təcrübəniz və nüfuzunuz yeni genişmiqyaslı dövləti vəzifələrin həllinin, Azərbaycan Respublikasının vətəndaşları üçün zamanın tələb etdiyi faydalı konseptual layihələrin reallaşmasının bünövrəsidir.

Bu xoş fürsətdən istifadə edərək, Tatarıstan və Azərbaycan arasında qarşılıqlı anlaşmanın və əməkdaşlığın səviyyəsindən böyük məmnunluq ifadə edir, həmçinin respublikamıza göstərdiyiniz diqqətli münasibətə görə Sizə təşəkkürümü bildirirəm. Ümidvaram ki, Tatarıstan-Azərbaycan qarşılıqlı fəaliyyəti gələcəkdə də fəal və məzmunlu olacaq, Rusiya və Azərbaycan xalqlarının strateji maraqlarına tam şəkildə cavab verəcək”.

xxx

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Musavat.com xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz mübarək. Bu münasibətlə səmimi təbriklərimi qəbul edin. Sizə cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıram.

“Komsomolskaya pravda” ilə səmimi dostluğa və məhsuldar əməkdaşlığa görə təşəkkürümü bildirirəm”.

xxx

Almaniyadan “S.A.T. Security and Transport” şirkətinin icraçı direktoru Konrad Szorq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Musavat.com xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə təbrik edir və ən xoş arzularımı çatdırıram. Sizə ailəniz və yaxınlarınızla birlikdə uzun ömür, cansağlığı və xoşbəxtlik diləyirəm. Azərbaycanı nüfuzlu, inkişaf edən, müasir və gözəl ölkəyə çevirən ali dövləti fəaliyyətinizdə Sizə uğurlar arzulayıram. Bakıya hər səfərimdə bu şəhərdə baş verən inkişafa heyran oluram.

Bu xoş fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də təbrik edirəm.

Qarşılıqlı etimad əsasında uğurlu əməkdaşlıqla nəticələnən xarici səfərləriniz zamanı ölkənizin əsl dostu kimi Sizinlə və nümayəndə heyətinizlə işləməkdən həmişə məmnunluq duyuram və Sizinlə gələcəkdə də işbirliyinə ümidvaram.

Zati-aliləri, icazə verin Sizə ən yüksək ehtiramımı və səmimi hörmətimi bir daha bildirim”.

xxx

Ukraynanın İrpen şəhərindəki Zərifə Əliyeva adına humanitar “Linqvist” liseyinin direktoru Valentina Antonenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Musavat.com xəbər verir ki, məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

İcazə verin, doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edim və ilk növbədə, Sizə möhkəm cansağlığı arzulayım. Həmçinin Sizə uzun ömür, əmin-amanlıq, rifah, ailənizə xoşbəxtlik diləyirəm.

Zati-aliləri, Siz nümunəvi həyat yolunuz, müdrik fəaliyyətinizlə sübut etdiniz ki, biz dünyaya xeyirxah işlər görmək üçün gəlmişik. Siz mənim üçün əziz və unudulmaz insanlar olan, ruhları qarşısında baş əydiyim valideynləriniz Heydər Əliyev və Zərifə Əliyevanın işlərini davam etdirərək bu missiyanı şərəflə yerinə yetirir, bəşəriyyət naminə qurub-yaratmağa davam edirsiniz. Onlar dünyaya Sizi – zəmanəmizin müdrik siyasi və dövlət xadimini, bizim təhsil müəssisəmizə ikinci həyat verən Azərbaycan xalqının böyük oğlunu bəxş ediblər. Sizin diqqət və qayğınız sayəsində əsaslı təmir olunmuş gözəl liseyimizdə bu gün 2300 şagird təhsil alır.

Zati-aliləri, qoy Uca Yaradan həmişə Sizi və doğmalarınızı, daha qüdrətli və gözəl ölkəyə çevrilən Azərbaycanı qorusun! Elə bir gün olmur ki, mən Sizi, xeyirxahlığınızı, daimi köməyinizi xatırlamayım. Uşaqlarımız üçün sığınacaqlarda lazımi şərait yaradılması ilə bağlı mənim xahişimin vacibliyini anlayışla qarşıladığınıza görə qarşınızda baş əyir, Sizə səmimi-qəlbdən təşəkkürümü bildirirəm.

Möhtərəm İlham Heydər oğlu, icazə verin, həmçinin Sizə bildirim ki, – bunu bilmək Sizin üçün də xoş olacaq, – bizim 3A sinfinin şagirdləri Azərbaycan dilini öyrənməyə başlayıblar və bunu 12-ci sinfə qədər davam etdirəcəklər. Sizə söz verirəm ki, hər il Azərbaycan dilini öyrənənlərin sayı daha çox olacaq.

Azərbaycan, Bakı, Naxçıvan daim mənim qəlbimdədir. Sizə qarşıdan gələn prezident seçkilərində səmimi-qəlbdən qələbə arzulayıram. Qəti əminəm ki, hələ uzun illər ölkənizə məhz Siz rəhbərlik edəcəksiniz, inşallah”.

xxx

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Musavat.com xəbər verir ki, məktubda deyilir:

“Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və Sizə olan ən yüksək ehtiramımı qəbul edin.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq, tərəqqi və nəzərdə tutduğunuz planların həyata keçməsində uğurlar diləyirəm.

İqtisadi cəhətdən firavanlaşan dövlətin inkişafı və Azərbaycan xalqının rifahının yüksəldilməsi istiqamətində fəaliyyətiniz Sizə təkcə doğma ölkənizdə deyil, həm də onun hüdudlarından kənarda böyük hörmət qazandırıb.

Azərbaycan Respublikası qarşılıqlı fəaliyyətin bütün istiqamətləri üzrə, o cümlədən regionlararası səviyyədə həmişə Rusiya Federasiyasının strateji tərəfdaşı olub və bu, indi də davam edir. Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında yaranmış dostluq əlaqələrini yüksək qiymətləndirirəm və regionumuzla çoxplanlı qarşılıqlı faydalı münasibətlərin möhkəmləndirilməsinə dəstəyinizə görə Sizə səmimi-qəlbdən minnətdaram”.

Musavat.com xəbər verir ki, məktubda deyilir:

“Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və Sizə olan ən yüksək ehtiramımı qəbul edin.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq, tərəqqi və nəzərdə tutduğunuz planların həyata keçməsində uğurlar diləyirəm.

İqtisadi cəhətdən firavanlaşan dövlətin inkişafı və Azərbaycan xalqının rifahının yüksəldilməsi istiqamətində fəaliyyətiniz Sizə təkcə doğma ölkənizdə deyil, həm də onun hüdudlarından kənarda böyük hörmət qazandırıb.

Azərbaycan Respublikası qarşılıqlı fəaliyyətin bütün istiqamətləri üzrə, o cümlədən regionlararası səviyyədə həmişə Rusiya Federasiyasının strateji tərəfdaşı olub və bu, indi də davam edir. Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında yaranmış dostluq əlaqələrini yüksək qiymətləndirirəm və regionumuzla çoxplanlı qarşılıqlı faydalı münasibətlərin möhkəmləndirilməsinə dəstəyinizə görə Sizə səmimi-qəlbdən minnətdaram”.