05 Fevral 2025

Politoloq Hafiz Hüseynoğlunun fikrincə Rusiyanın atom bombasından istifadə etmək planı sıfıra bərabərdir

Rusiya- Ukrayna müharibəsi uzandıqca hadisələr daha da gərginləşməyə doğru gedir. Rusiya qismən səfərbərlik elan etməklə yeni həmlələr həyata keçirməyə çalışır. İran da demək olar ki, artıq Rusiyanın tərəfi kimi müharibəyə qoşulmuş hesab olunur. Ən təhlükəli ssenari isə Rusiyanın Atom bombasından istifadə etməsi ola bilər. Rusiya Prezidenti zərurət yaranacığı təqdirdə atom bombasından istifadə barədə Ukrayna və ABŞ başda olmaqla NATO dövlətlərini xəbərdarləq edib. Və bu xəbərdarlığın blef olmadığını vurğulayıb. Qarşı tərəfdə Putinin dediklərini ciddi qəbul edir. Putinin xarakterinə görə bu addımı ata biləcəyini mümkün hesab edirlər. Putin atom bombasından istifadə edə bilərmi? Bir çox politoloqlar Xerson şəhərinin Ukrayna Silahlı Qüvvələri tərəfindən azad olunacağı təqdirdə müharibənin taleyinin tam dəyişəcəyini , Rusiyanın məğlubiyyətinin sürətlənəcəyini proqnozlaşdırır.

Ukrayna müharibəsi  barədə politoloq Hafiz Hüseynoğlu bildirib ki, Amerika Ukraynaya müasir havadan müdafiə sistemlərini çatdırsa müharibədə Ukraynanın üstünlüyü təmin olunacaq , Rusiyanın məğlubiyyəti sürətlənəcək. Belə olan şəraitdə Ukraynada mövcud statuskvonun saxlanması məqsədilə Rusiya  cəbhədə atəşin dayandırılmasına çalışacaq. Hansı ki, Rusiyanın təsiri ilə  Qarabağ müharibəsi vaxtı  30 ilə yaxın Azərbaycan -Ermənistan arasında  uzun mddət atəşkəs rejimi hökm sürmüşdür. Təbii ki, atəşkəsin əldə olunması Ermənistanı qane edirdi. Rusiya indi həmin təcrübəini Ukraynada davam etdirmək istəyir. Ancaq bunun Rusiyanın arzularına uyğun baş tutması real görünmür. Çünki dünya Qarabağ müharibəsilə müqayisədə Ukrayna müharibəsinə fərqli yanaşır.  Azərbaycanın haqlı davasını görməzliyə vursada Ukraynanı bir mənalı və qəti şəkildə müdafiə edir. Bu baxımdanda Rusiyanın zəifləyən əlinin güclənməsinə Qərb razı ola bilməz.

“Xerson Ukrayna üçün hazırda olduqca strateji məntəqədir. Qarabağ müharibəsində yüksəklikdə yerləşdiyinə görə  Şuşa şəhəri bizim üçün necə əhəmiyyətli idisə Xersonda Krıma nəzarət etmək baxımından ö qədər Ukraynaya gərəklidir. Xersonun azad olunması isə Rusiyanın sonu deməkdir.Rusiyaya qarşı Beynəlxalq təşkilatların , dünyanın aparıcı qüvvələrinin tətbiq etdiyi sanksiyalar üzündən ölkənin zəifləməsi qaçılmazdır. İqtisadi böhranın isə sosial partlayışlarla nəticələnməsinin qarşısını almaq qeyri-mümkündür.”- deyə Hafiz Hüseynoğlu vurğulayıb

Hafiz Hüseynoğlu fikrincə Rusiyanın atom bombasından istifadə etmək planı sıfıra bərabərdir. Nüvə silahından istifadə Ukrayna ilə bərabər yaxın coğrafiyada Rusiyanında özü daxil olmaqla bır sıra ölkələrə mənfi fəsadlar yaratmış olar. Rusların Xersondan köçürülməsi hərbi əməliyyatlarla əlaqədardır. Şəhərin Ukrayna Sialhlı Qüvvələri tərəfindən azad edilməsi baş verərsə güclü artilleriya zərbələri həyata keçirməyə çalışacaqlar. Bacardıqları qədər Ukrayna ordusunun itkilərini artırmaq, Ukraynanın mümkün müqavimətini sındırmaq istəyirlər.  

İran sona qədər Rusiyanın yanında dayana biləcəkmi? Politoloq Hafiz Hüseynoğlunun qənaətincə İranın Rusiyaya yardımları axıracan davam etdirməsi inandırıcı görünmür. Dünya dövlətləri ilə üzləşən İran artıq Rusiyaya dronların satışı barədə yayılan xəbərlərə təkziblər verməyə başlayıb.  

Musa Muradlı – Media1.az