23 Dekabr 2024

Pele səhhəti ilə bağlı açıqlama verib

Əməliyyat olunduqdan sonra yenidən reanimasiya şöbəsinə yerləşdirilən əfsanəvi futbolçu Pele səhhəti ilə bağlı açıqlama verib.

Media.az xəbər verir, 81 yaşlı braziliyalı sabiq hücumçu bu barədə şəxsi instaqram hesabında yazıb.

O, sağalmağa davam etdiyini vurğulayıb: “Bu gün ailə üzvlərim məni ziyarət edib. Hər gün gülümsəməyə davam edirəm. Sizdən aldığım bütün sevgilərə görə təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Pele sentyabrın 6-da bağırsağındakı şiş ucbatından əməliyyat olunub. Onun səhhəti sentyabrın 17-də yenidən pisləşib.