Paşinyan sülh müqaviləsindən danışdı: “Sazişin əsas prinsipləri razılaşdırılıb…”
“Azərbaycanla tezliklə sülh sazişinin imzalanmasını mümkün sayıram.”
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. O, qeyd edib ki, hər gün sülh müqaviləsi imzalamaq üçün əla fürsətdir.
“Söhbət ondan gedir ki, sülh müqaviləsinin mətni ətrafında razılaşmalar əldə edilməlidir. Ümid edirəm ki, bunlara nail olunacaq. Daha doğrusu, bu razılaşmalar 2022-ci il oktyabrın 6-da Praqada, daha sonra Soçidə, daha sonra Brüsseldə əldə olunub. Sazişin əsas prinsipləri razılaşdırılıb, yalnız onu sülh müqaviləsinin mətninə köçürmək qalır; İnanıram ki, bizim bu işi tezliklə başa çatdırmaq imkanımız var. Müqavilənin imzalanma yeri və tarixi daha sonra müzakirə olunacaq.” , – deyə Paşinyan qeyd edib.