23 Dekabr 2024

Parisdəki Versal sarayı bomba təhlükəsi səbəbindən boşaldılıb

Parisdə yerləşən Versal sarayına gələn ziyarətçilər bomba olduğu iddia edilən anonim məlumatdan sonra tarixi məkanın ərazisini tərk etmək məcburiyyətində qalıblar.

Məlumata görə, saray kompleksinin rəhbərliyi bomba xəbərindən sonra iki min ziyarətçinin təxliyə edildiyini təsdiqləyib. Hazırda təxliyə başa çatıb və polis əməkdaşları hadisə yerindədirlər.

Qeyd edək ki, partlayıcı qurğularla bağlı respublikanın müxtəlif dövlət və hökumət qurumlarına göndərilən telefon zəngləri və məktublardan sonra Versal Sarayına bu payızda ən azı yeddi dəfə təxliyə əmri verilib.//Oxu.az