Paris küçələrində 10 min tondan çox zibil yığılıb
Zibil yığanların pensiya islahatına etiraz etdiyi gün Paris küçələrində 10 min tondan çox zibil yığılıb.
APA-nın məlumatına görə, bu barədə “Le Figaro” Fransa paytaxtının meriyasına istinadən xəbər verir.
“Paris səkilərinə səpələnmiş 10 min ton zibilin simvolik mərhələsi cümə günü günortadan sonra keçdi”, – məlumatda deyilir.