Ötən gün şəhid olan hərbiçimiz dəfn olunur – FOTO

Ötən gün erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlunun son mənzilə yola salınır.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, şəhidimiz doğulduğu Goranboy rayonunun Borsunlu kəndində dəfn olunur.
Dəfn mərasimində hərbiçimiz yaxınları,döyüş yoldaşları, rəsmilər iştirak edir.
2002-ci il təvəllüdlü Əfqan evin tək oğlu olub və bir il idi hərbi xidmətdə imiş.



