23 Dekabr 2024

Onlar Mərkəzi Bankdakı vəzifələrini İTİRDİLƏR

Milli Məclisin mayın 31-də keçirilən plenar iclasında Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin edilib. Bunlar Mərkəzi Bankın Baş direktoru Rəşad Təmraz oğlu Orucov və Mərkəzi Bankın sədrinin müşaviri Əliyar Qəhrəman oğlu Məmmədyarovdur.

Artıq həmin şəxslərin adı Azərbaycan Mərkəzi Bankının saytında idarə heyəti bölməsində qeyd olunub.

Həmin bölmədə adları yer alan Alim Quliyev, Vadim Xubanov və Aftandil Babayevin adı isə oradan çıxarılıb. Bu şəxslər sonuncu dəfə 2017-ci ilin mart ayında Milli Məclisin qərarı ilə 5 il müddətinə İH-nin üzvü seçilmişdilər.

Qeyd edək ki, Mərkəzi Bank İdarə Heyəti tərəfindən idarə olunur və İdarə Heyəti 7 nəfərdən ibarətdir. İdarə Heyətinin 4 əsas üzvündən 3-nün səlahiyyəti bu ilin mart ayında başa çatıb.