22 Dekabr 2024

Novorossiysk limanı fəaliyyətini yenidən bərpa edib

Rusiyanın səlahiyyətli mənbələrindən alınan məlumatlara görə, Novorossiysk şəhəri pilotsuz təyyarələrin hücumundan sonra limanda fəaliyyətlər qismən fəaliyyətə başlayıb.

Cümə günü səhər saatlarında Rusiyanın Qara dəniz sahilindəki Novorossiysk limanına pilotsuz təyyarə hücumu nəticəsində neft məhsulları terminalı və Şesxaris neft limanını vurulmuşdu. Liman hücumdan qısa müddət sonra bağlandı, lakin mənbələri və LSEG məlumatlarına görə, daha sonra Şesxaris neft limanından və mazut terminalından neft yükləmələri bərpa edilmişdi. Lakin, İngiltərə mətbuatı mənbələrinin bildirdiyinə görə, Novorossiyskdəki “İmportpischeprom” neft məhsulları terminalından neft məhsullarının yüklənməsi hələ də dayandırılıb.

Rusiyanın neft kəməri inhisarçısı Transneft isə bu barədə şərh sorğusuna cavab verməyib. Onun törəmə şirkəti, Şesxaris neft terminalını idarə edən Novorossiysk Ticarət Dəniz Limanları Qrupu (NCSP)da şərh verməkdən imtina edib.

Avropa mətbuatı yazır ki, Qazaxıstanın Energetika Nazirliyi cümə günü Rusiyanın Novorossiysk liman şəhərinə pilotsuz təyyarənin hücumundan sonra bildirib ki, Qazaxıstanın Qara dənizdən neft ixrac edən Xəzər Boru Kəməri Konsorsiumunun obyektləri normal işləyir.

Xatırladaq ki, Rusiyanın boru kəməri inhisarçısı Transneft 2018-ci ildə NCSP-yə nəzarəti ələ keçirmişdi.

Rasim Zeynalov- Media1.az