22 Noyabr 2024

“Necə də qürurvericidir Azərbaycanlıyam demək”

27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il  tarixinədək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Heydər oğlu Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu xüsusi əks-hücum əməliyyatı keçirtdi. Dövrümüzün sərkərdəsi,Böyük Azərbaycan Xalqının Lideri,Cənab Ali Baş Komandanımızın rəhbərliyi və bilavasitə iştirakı ilə 44 gün müddətində davam edən rəşadətli Azərbaycan Ordusunun əks-hücum əməliyyatı,”Vətən Müharibəsi”,Azərbaycan Xalqının mübarizəsi böyük uğurlarla yaddaşlara yazıldı.

Möhtərəm Prezidentimiz, Cənab Ali Baş Komandanımızın uzaqgörən siyasətçi,qətiyyətli lider,qərarlı rəhbər kimi fəaliyyəti ,Azərbaycan Xalqının öz Liderinə,Prezidentinə sonsuz inamı,onu dəstəkləməsi,Cənab Ali Baş Komandanına sadiq,yüksək döyüşə,döyüş və mənəvi – psixoloji hazırlığa malik Azərbaycan Ordusunun Xüsusi əks-hücum əməliyyatının dəqiq icrası ilə duyduğumuz qürur hissidir.

 Fərqli və bir o qədər də qərəzli mövqelərə sinə gərdi , mübarizəsini bir an belə dayandırmadı,Xalqına,Millətinə,Silahlı Qüvvələrinə Lider, Başçı,Öndər,Əsil Vətəndaş,Ali Baş Komandan oldu Möhtərəm Prezidentimiz. Özünə təyin etdiyi Liderin ardından inamla irəlilədi , bərk durdu,büdrəmədi,sonuna qədər inandı milləti,Azərbaycan Xalqı. Erməninin faşizm qədər acımasız olan təcavüzünə , vəhşiliyinə məruz qalsa da, evini ,övladını,ailəsini ,çox şeyini itirsə də ,Prezidentinə,Cənab Ali Baş Komandana inamını itirmədi,inandı,inanır da. Onunla zəfərdən-zəfərə addımlayacağına əmindir Azərbaycan Xalqı. Nə möhtəşəm bir xalq,nə möhtəşəm bir güc birliyi. “Necə də qürurvericidir Azərbaycanlıyam demək”. Zəfəri də Prezidenti ilə yaşadı,daha neçə-neçə zəfərləri də yaşayacağına əmindir.

Leyla Məmmədova

Bərdə şəhər 10 saylı körpələr evi-uşaq bağçasının müdiri Leyla Məmmədova