19 İyul 2025

Nazir: “Sahibkarlara 67,9 milyon manat subsidiya ödənilib” – FOTO

1 dekabr 2022-ci il tarixinədək mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması çərçivəsində Sahibkarlığın İnkişafı Fonduna 6 333 müraciət daxil olub.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “Facebook” hesabında qeyd edib.

O bildirib ki, bunlardan 5 047-si üzrə subsidiyanın verilməsi barədə müsbət qərar qəbul edilib. Təsdiqlənmiş subsidiyanın məbləği 71,4 milyon manat təşkil edir və bunun da 67,9 milyon manatı sahibkarlara ödənilib.https://www.facebook.com/plugins/post.php?href=https%3A%2F%2Fwww.facebook.com%2FJabbarovMikayil%2Fposts%2Fpfbid021HK7xPdiVW6BKKXzu49FzS6gpXzYWvMActz1ogfnigv9ocCbeHBwkqLbw3529NUl&show_text=true&width=500