07 Avqust 2025

Nazir Rəşad Nəbiyev Estoniya parlamentinin sədri Yuri Ratasla görüşüb – FOTO

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə rəsmi səfərdə olan Estoniya parlamentinin sədri Yuri Ratasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Görüşdə iki ölkə arasında kibertəhlükəsizlik, informasiya texnologiyaları və dəmir yolu sahələrində potensial əməkdaşlıq məsələləri müzakirə olunub.