23 Dekabr 2024

Nazir Aydın Quliyevin oğlu ilə bağlı əmr imzaladı

Daxili İşlər Naziri Vilayət Eyvazov Sabunçu RPİ-nin 14-cü PB-nin rəisi vəzifəsinin müvəqqəti icrası ilə bağlı əmr imzalayıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, nazirin əmri ilə rəis vəzifəsi bölmənin rəis müavini, polis mayoru Sahil Quliyevə həvalə edilib.

Qeyd edək ki, Sahil Quliyev “Bakı Xəbər” qəzetinin baş redaktoru, jurnalist Aydın Quliyevin oğludur.

Xatırladaq ki, 14-cü PB-nin rəisi, polis polkovnik-leytenantı Tural Məşədiyev iki gün əvvəl işdən çıxarılıb və sərəncama götürülüb.