21 İyun 2025

Naxçıvandakı karqolarda monitorinqlər aparılıb

Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında fəaliyyət göstərən karqolarda monitorinqlər aparılıb.

Naxçıvanın Rabitə və Yeni Texnologiyalar Nazirliyindən (RYTN) “İki sahil”ə verilən məlumata görə, Naxçıvanın Nazirlər Kabinetinin 2021-ci il 6 mart tarixli 57 nömrəli Qərarı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasında sürətli poçt xidmətlərinin göstərilməsi Qaydaları”nın 1.5 bəndinə əsasən sürətli poçt xidmətinə lisenziya verilməsi üçün tələb olunan şərtləri yerinə yetirə bilməyən karqo şirkətləri barədə qanunvericilikdə nəzərdə tutulan qaydada zəruri tədbirlərin görülməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

Qeyd edək ki, muxtar respublikada sürətli poçt xidmətlərinin göstərilməsi üçün müvafiq lisenziyanın verilməsi RYTN tərəfindən həyata keçirilir. Hazırda muxtar respublikada beş karqo şirkətinə lisenziya verilib.