NASA dünyanın sonu olacaq tarixi açıqladı
Kosmik tədqiqatlar aparan elm adamları illərdir ki, dünyanın sonuna gətirəcək səbəblər barədə nəzəriyyələr irəli sürürlər. Kimisi meteoritlərin düşəcəyini, kimisi qlobal istiləşmənin, iqlim böhranının, nüvə müharibəsinin baş verəcəyini, kimisi isə yadplanetlilərin gələcəyini və bununla da dünyanın sonu gələcəyin iddia edir.
Media1.az Musavat.com-a istinadən bildirir ki, NASA da barədə artıq öz açıqlamasını yayıb. Qurumda bu mövzuda araşdırma aparan qrup Günəşdə radiasiyanın artması ilə dünyanın sonu gələcəyini açıqlayıb. Onların iddiasına görə zamanla Günəş Yerdəki oksigeni azaldacaq və dünya yaşanılmaz bir hala gələcək.
Bəs bu nə zaman baş verəcək?
NASA-nın alimərinin qənaətinə görə buna hələ çox uzun zaman var. Araşdırmalara görə 1 milyard ildən sonra, yəni tarix 1.000.002.021-ci ili göstərdiyi zaman dünyadakı oksiken miqdarı yaşayış üçün tamamilə aşağı səviyyəyə enəcək.
Alimlər həmçinin bildirib ki, 100 il əvvələ nisbətən dünyada istiləşmə 1,5 dərəcə artıb. Vəziyyətin bu cür davam etməsi gələcək üçün böyük təhlükələr yarada bilər.