Musiqi məktəblərində müəllimlərin iş yerinin dəyişdirilməsi qaydası AÇIQLANIB
Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərində müəllimlərin iş yerinin dəyișdirilməsinə muvafiq regional idarələr tərəfindan fərdi qaydada baxılır.
Bu barədə Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu qaydalarında deyilir.
Qaydalara əsasən, yerdəyișmə müvafiq vakant vəzifələr olduğu təqdirdə həyata keçirilir. Yerdəyișmə zamanı müəssisələrin yerləșdiyi rayon va șəhər, dərs yükünün həcmi və digər amillər nəzərə alınır. Yerdayișmə zamanı müiharibə iștirakçıları və șəhid ailə üzvləri üstünlük hüququna malikdir.