08 Sentyabr 2024

“Müğənni Hadisə azərbaycanlı iş adamından hamilədir” – Şok iddia

Türkiyəli aktrisa-model Dəniz Akkaya “Söylemezsem olmaz” proqramında müğənni Hadisə ilə bağlı şok iddia ortaya atıb.

Musavat.com xəbər verir ki, o, müğənninin Ebru Gündəşin keçmiş həyat yoldaşı, azərbaycanlı iş adamı Rza Zərrabdan hamilə olduğunu açıqlayıb.

Məhz Ebru ilə Zərrab arasında münasibət bu səbəbdən sonlanıb.

Akkayanın bu açıqlaması sosial şəbəkədə müzakirələrə səbəb olsa da, müğənni səssizliyini hələ də qoruyur.

Qeyd edək ki, bir müddət əvvəl Hadisənin ABŞ-da olarkən cənubi azərbaycanlı iş adamı Rza Zərrabla eşq yaşadığı iddiası irəli sürülüb. Hadisə isə iddiaları cavabsız qoyub. Müğənninin aktyor sevgilisi ilə ondan ayrılıb.

Könül
Musavat.com