22 Noyabr 2024

Müasir müstəqil Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günündə əziz xatirəsi Ağstafada dərin ehtiramla yad edilib.

Ümumrayon anım tədbirində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, aparatın məsul şəxsləri, YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev və təşkilatın əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarələrin, müəssisələrin, təşkilatların kollektivləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu ÖndərinHeydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyət, dünyaşöhrətli siyasi xadimin xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Sonra Heydər Əliyev Mərkəzində böyük ekranda Ümummilli Liderin mənalı ömür yolu, Azərbaycan xalqı və dövləti qarşısındakı misilisiz tarixi xidmətlərindən bəhs edən sənədli filmə, kitab sərgisinə tamaşa edilib, foto stendlərdən ibarət muzey salonlarına ekskursiya olunub.