23 Dekabr 2024

Moskvada idman obyektlərinə tamaşaçılar buraxılacaq

Rusiyanın Moskva şəhərinin meri Sergey Sobyanin paytaxtda idman tədbirləri ilə bağlı koronavirus məhdudiyyətlərinin yumşaldılacağı barədə fərman imzalayıb.

“Report” “championat” nəşrinə istinadən xəbər verir ki, yanvarın 22-dən şəhərdəki idman arenalarına ümumi tutumun 50 faizi həcmində azarkeş buraxılacaq.

Fərmanda bildirilib ki, muzeylərin, kitabxanaların, digər mədəniyyət müəssisələrinin işi bərpa olunduğu kimi, əyləncə, maarifləndirmə, kütləvi bədən tərbiyəsi, idman, reklam və digər bu kimi tədbirlər də keçirilməlidir.

Həmçinin epidemioloji vəziyyətin yaxşılaşdırılması davam edəcəyi halda bundan sonra qalan digər məhdudiyyətlərin də yüngülləşdirilə biləcəyi qeyd olunub.