23 Dekabr 2024

Monitorinq Mərkəzinin yeni komandanı bəlli oldu

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinin yeni komandanı məlum olub.

Bu barədə Media1.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinə bundan sonra general-mayor Fatih Akpınar rəhbərlik edəcək.

Qeyd edək ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinin komandanı general-leytenant Abdullah Katırcının səlahiyyət müddəti başa çatıb.