Möhtərəm Prezidentimizin Praqaya məlum səfəri bir daha ölkəmizin Avropada böyük nüfuz sahibi olduğunu göstərdi
Son günlərdə möhtərəm Prezidentimizin Praqaya məlum səfəri bir daha ölkəmizin Avropada böyük nüfuz sahibi olduğunu göstərdi. Görünən kadrlara baxıb fərəhlənməmək mümkün deyil. Möhtərəm Prezidentimizin məğrur və qələbə əhval-ruhiyyəsi əvvəldən sonadək açıq-aydın görünür. Bir azərbaycanlı kimi görüb qürur keçirməyə bilmirsən. Necə deyərlər: dostlar baxıb sevinir, düşmənlər məhv olur. Qoy elə həmişə belə olsun.
Praqa görüşü hansı əhəmiyyətə malikdir. Hansı mesajların ötürülməsi demək idi? Təbii ki möhtərəm Prezidentimiz cənab İlham Əliyev mənfur qonşularımız, xain ermənilərlə uzun illərdən bəri diplomatik danışıqlar aparıb. Qarabağın Ermənistan işğalından azad olunması üçün qan tökülməsin deyə həmişə ölkəmiz sülh danışıqlarının tərəfində olub. Əfsuslar olsun ki, reallıq hissindən uzaq ermənilər onlara uzadılan xeyirxah əlləri tutub, sıxmağı bacarmayıblar. Həmişə böyük himayədarlarının kölgəsinə güvəndiklərindən cinayətkar, bəşəri dəyərlərdən uzaq əməllərindən bir addım da geri durmur, mənfur hərəkətlərini davam etdirirdilər. Həyasızlığın dərəcəsi bu bədxahlarda o qədər yüksək olub ki, özlərinin olmayana daim sahiblənməyə çalışıblar. Bizim ata-baba torpaqlarımıza himayədarlarından aldıqları dəstək hesabına hücumlar edib, işğal etdikləri yerlərimizi əldən vermək istəmirdilər. Erməni cəmiyyəti belə bu təcavüzkarlığın nə ilə nəticələnəcəyini düşünmürdü. Yalan, uydurma nağıllarından ötrü verilən qurbanların əbəs olduğunu dəyərləndirmir, bölgədə dinc, yanaşı yaşamağın əhəmiyyətini qiymətləndirməyi bacarmırdılar. Və sülhə gedən yolu həmişə əngəlləyirdilər. Ancaq möhtərəm Prezidentimizin həmişə dediyi kimi bizim də səbrimizin həddi, hüdudu olmalı idi. 2020-ci ilin sentyabrın 27-dən başlayaraq cəbhə xətti boyunca genişmiqyaslı təxribatlar törədən Ermənistana qarşı əks-hücum əməliyyatı başlanmışdır. Ali Baş Komandanımızın rəhbərliyi ilə ordu-xalq birliyi sayəsində torpaqlarımızın azadlığı uğrunda 44 günlük Vətən müharibəsi, müqəddəs savaş başlandı. Qısa müddətdə Azərbaycan ordusunun misli-bərabəri olmayan şücayəti sayəsində torpaqlarımız erməni yaraqlılarından, quldurlarından təmizləndi. Ermənistan rəhbərliyi sözün həqiqi mənasında təslim oldu. Üç tərəfli- Azərbaycan, Rusiya, Ermənistan arasında bəyannamə bağlanılmaqla münaqişənin tam bitməsi üçün öhdəliklər müəyyən olundu. Təbii ki öhdəliklərin hamısı Ermənistana aid idi. Ermənistan bu dəfə də öhdəlikləri axıra qədər yerinə yetirməyib. Verdiyi vədə əməl etməyib. Bu da ermənilərin həmişəki kimi xain və xəbis olduğunu göstərir. Qarabağda erməni hərbi birləşmələrinin saxlanılması 10 noyabr bəyənnaməsinə zidd olsa da hələ də onların qeyri-qanuni varlığı suverenliyimiz altında olan torpaqlarımızda qalır. Hər dəfə ermənilər Qarabağ ətrafında, yaxud da sərhəd bölgələrində təxribatlara əl atmaqla 10 noyabr anlaşmasını pozmuş olurlar. Ancaq möhtərəm Prezidentimizin dəmir yumruğu həmişəki kimi yerindədir. Azərbaycan Prezidenti daim iki cəbhədə müharibə aparıb. Biri döyüş meydanında, digəri isə diplomatiya sahəsində olub. 44 günlük müharibə zamanı biz bunu açıq-aydın görmüş olduq. Bu gün də belə davam edir. Dəfələrlə Avropanın Brüssel şəhərində Azərbaycan və Ermənistan prezidentləri görüşüb, sülh müqaviləsinin hazırlanması haqqında razılığa gəliblər. Ancaq Paşinyan ölkəsinə qayıdandan sonra Azərbaycana qarşı hərbi təxribatlar törədib. Ancaq əllərindən heç bir şey gəlməyib. Növbəti Praqa görüşündə də söhbət sülh müqaviləsinin bağlanması olub. Bu dəfə Ermənistan prezidenti məğlubiyyətini etiraf edib. Bu həm onun görünüşündə, davranışlarında, həm də bəyanatında əks olunub. Artıq bu görüşdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bu da o deməkdir ki, Ermənistan Qarabağ iddialarından geri durur. Yaxın gələcəkdə Qarabağın bütün ərazisində Azərbaycanın süverenliyi bərpa olunacaq. Xankəndində belə Azərbaycanın üç rəngli bayrağı dalğalanacaq.
Bərdə şəhəri Aran Media ictimai-siyasi qəzetin əməkdaşı:Telejurnalist Nilufər Əliyeva