24 Dekabr 2024

MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva II Qarabağ müharibəsinin informasiya cəbhəsində xidmətləri olmuş jurnalistlər ilə görüşüb

Komitə sədri Qarabağ bölgəsində çalışan bir qrup media nümayəndəsini Vətən Müharibəsinin informasiya cəbhəsində və postmüharibə dönəmində göstərdiyi fədakar fəaliyyətə görə mükafatlandırıb.

Tərtər şəhərində, YAP-ın rayon təşkilatının qərargahında baş tutan tədbirin iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər çiçəklər qoyublar.

abideye 1 - MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Qarabağda xidmət edən Azərbaycan jurnalistləri ilə görüşüb

Tədbir iştirakçılarını salamlayan Q.Paşayeva, 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatına cavab olaraq, Ali Baş Komandanın əmri ilə Ordumuz bütün cəbhəboyu əks-hücuma keçdiyini xatırladıb: “Hərbi əməliyyatların elə ilk günündə düşmənin illərdir möhkəmləndirdiyi və “keçilməz” adlandırdığı ön müdafiə xətti yarıldı. 44 gün davam edən müharibə Azərbaycan Ordusunun Qələbəsi, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi ilə nəticələndi.

İnformasiya cəbhəsində aparılan işin öncəbhədəki qədər önəmli olduğu danılmaz faktdır. Vətən Müharibəsi zamanı Prezident İlham Əliyev dünyanın bir sıra nüfuzlu telekanalına geniş müsahibələr verdi. Dövlətimizin başçısı həmin müsahibələrdə Ermənistanın Azərbaycana qarşı başladığı elanolunmamış müharibənin tarixi, səbəbləri, hazırkı durumu, eləcə də dövlətimizin, xalqımızın haqlı mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırdı.

qonaqlarr 1 - MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Qarabağda xidmət edən Azərbaycan jurnalistləri ilə görüşüb

Ölkəmiz Vətən Müharibəsində həm döyüş meydanında, həm informasiya müharibəsində qalib gəldi. İnformasiya müharibəsində media nümayəndələrinin üzərinə böyük məsuliyyət düşürdü. 44 gün içində KİV nümayəndələri çətin və təhlükəli ortamda çalışaraq, həm ölkə, həm də dünya ictimaiyyətinin bilgiləndirilməsində önəmli rol oynadı. Həm peşə borcunu ləyaqətlə yerinə yetirdilər, həm də vətənpərvərlik örnəyi göstərdilər. Televiziyaların, elektron media orqanlarının nümayəndələri birbaşa hadisə yerindən informasiyalar, foto və videolar yayımladı, xalqımızı, dünyanı doğru məlumatla təmin etdi.

gorush 2 1 - MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Qarabağda xidmət edən Azərbaycan jurnalistləri ilə görüşüb

Mən sizləri torpaqlarımızın azad olunmasının birinci ildönümü münasibəti ilə, müharibədəki və postmüharibə dövründəki uğurlu fəaliyyətiniz münasibəti ilə təbrik edirəm. Sizlərə təşəkkür edirəm! Bu təbrik və təşəkkürlərimizi sizlərə ünvanladığımız rəsmi məktublarla da ifadə etmişik. Bu gün mənimlə yanaşı “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin təmsilçiləri, “regional Hüquqi və İqtisadi maarifləndirmə” İB-nin sədri Arzu Bağırova, “Nəfəs” İB-nin sədri Firəngiz Balakişiyeva, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva, “Tərxis olunmuş hərbçilərin gəncləri Maarifləndirmə” İB-nin sədri Emin Həsənli sizinlə görüşə gəlib, onların da sizlərə təşəkkür məktubları var.

Hər birinizə uğurlar diləyirəm! Xahiş edirəm, bizim salamlarımızı, ən xoş arzularımızı ailə üzvlərinizə, doğmalarınıza çatdırasız”.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbirdə çıxış edərək, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsindən, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın 44 gün ərzində azad edilməsindən, media nümayəndələrinin informasiya cəbhəsindəki fəaliyyətindən danışıb.

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İB-nin sədri Emin Həsənli, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin sədri Arzu Bağırova, “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva tədbirdə çıxış edərək, Qarabağ bölgəsində çalışan media nümayəndələrinin müharibə dövründə əsgər və zabitlərimizin qəhrəmanlığını, cəbhəyanı bölgələrdəki sakinlərin fədakarlığını, postmüharibə dövründə isə Qarabağda abadlıq-quruculuq işlərini işıqlandırdığını diqqətə çatdırıb, ictimaiyyətin düzgün məlumatlandırılması, Azərbaycan həqiqətlərinin dünyaya yayılması sahəsində fəaliyyətinə görə onlara təşəkkür ediblər.

İTV-nin bölgə müxbiri, Qarabağ Media Assosasiyasının sədri Şöhrət Eyvazov, AzərTAC-ın bölgə müxbirləri Tahir Ağaməmmədov, Aydın Yavərzadə, AzTV-nin bölgə müxbiri Elnur Tofiq, ARB-nin müxbiri Daşqın Abdullayev, “Xəzər” TV və BakuTV-nin bölgə müxbiri Şamxal Adıgözəlov, “Space” TV-nin bölgə müxbiri Emin Babayev əməklərinə verilən qiymətə görə təşəkkürlərini çatdırıb, Qarabağ bölgəsindəki fəaliyyətlərindən söz açıblar.

mediaa 1 1024x683 - MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Qarabağda xidmət edən Azərbaycan jurnalistləri ilə görüşüb

Qarabağ üzrə bölgə müxbirləri bildirib ki, təkcə 44 günlük Vətən Müharibəsi dövründə deyil, atəşkəs dövründə də informasiya cəbhəsində gərgin çalışıb, ermənilərin təxribatları, yaşayış məntəqələrimizin atəşə tutulması, regionun sosial-iqtisadi həyatı, Qarabağın tarixi, mədəniyyəti ilə bağlı informasiyalar, reportajlar hazırlamağı özlərinin jurnalist və vətəndaş borcları bilirlər: “Bundan sonra isə xalqımızı işğaldan azad olunmuş torpaqlarımızdan müxtəlif istiqamətli informasiyalarla, o cümlədən həyata keçirilən inkişaf, bərpa-quruculuqla bağlı məlumatlandıracağıq”.

Sonda KİV nümayəndələri Vətən Müharibəsi zamanı peşə fəaliyyətinə həssas yanaşdığına, Azərbaycan və dünya ictimaiyyətinin operativ, dəqiq informasiyalarla təmin edilməsində aktiv iştirakına görə mükafatlandırılıblar. Onlara Təşəkkür Məktubları və Qarabağ motivli xatirə hədiyyələri təqdim edilib.

sh mektub 1 - MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Qarabağda xidmət edən Azərbaycan jurnalistləri ilə görüşüb
shamxala 1 - MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Qarabağda xidmət edən Azərbaycan jurnalistləri ilə görüşüb

Sonda Qarabağ Media Assosasiyasının sədri Şöhrət Eyvazov, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İB-nin sədri, “Hərbi And” qəzetinin baş redaktoru Emin Həsənli Q.Paşayevaya Təşəkkür Plaketi və üzərinə “Bir millət, iki dövlət” yazılı xalça hədiyyə ediblər. Q.Paşayeva nəcib diqqət üçün təşəkkür edərək, öz növbəsində həmin xalçanı Suqovuşanın azad edilməsində yaralanmış qaziyə bağışlayıb.

aydin 1 - MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Qarabağda xidmət edən Azərbaycan jurnalistləri ilə görüşüb
elgunn 1 - MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Qarabağda xidmət edən Azərbaycan jurnalistləri ilə görüşüb
elmirAz - MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Qarabağda xidmət edən Azərbaycan jurnalistləri ilə görüşüb
elnur 1 - MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Qarabağda xidmət edən Azərbaycan jurnalistləri ilə görüşüb
eminspace 1 - MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Qarabağda xidmət edən Azərbaycan jurnalistləri ilə görüşüb
miri 1 - MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Qarabağda xidmət edən Azərbaycan jurnalistləri ilə görüşüb
sh teltif 1 - MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Qarabağda xidmət edən Azərbaycan jurnalistləri ilə görüşüb
qaziyee 1 1024x683 - MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Qarabağda xidmət edən Azərbaycan jurnalistləri ilə görüşüb