Mirzoyan “3+3” formatına qatılmaq üçün Tehrana GEDİR
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sabah Tehranda “3+3” formatında keçiriləcək görüşdə iştirak edəcək.
Musavat.com erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində ikitərəfli görüşlərin də planlaşdırıldığı qeyd edilir.