“Mingəçevir Regional QHT-lərin Resurs və Təlim” İctimai Birliyi regionda daha bir layihəni yekunlaşdırmaq üzrədir
USAİD-in maliyyə, FHİ 360, Qeyri Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəz, MG Konsulting MMC-nin təşkilatçılığı ilə “Şəffaflıq naminə vətəndaş cəmiyyəti Layihəsi (ECSOFT) çərçivəsində Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Mingəçevir Regional QHT-lərin Resurs və Təlim İctimai Birliyi regionda “Regionlarda gənclərinin qərar qəbuletmə və icraçılıq prosseslərində iştirakının araşdırılmasıvəictimai vəkilliyinin təşkili” adlı layıhə yekunlaşmaq üzrədir.
Layihədə nəzərdə tutuldugu kimi Mingəçevir şəhəri, Bərdə və Sabirabad rayonlarında gənclərinə tam bir günlük təlim keçirilmişdir.
Regionun fəal gəncləri və onlar vasitəsilə digər gənclər qrupları gənclər işi, gənclər siyasəti və fəal iştirak məsələlərinə dair zəngin informasiyaları materiallarla təmin olunmuşdur.
Təlimdə iştirak edən gənclərə “İctimai İştirakçılıq Haqqında” Azərbaycan Respublikasının Qanunu, İctimai Şuralar və onların fəaliyyəti barədə mövzularında peşəkar bilgi, bacarıq, vərdiş və təcrübə əldə etmiş olmuşlar.