Mina hadisələrinin 51 faizi azad edilmiş ərazilərə qanunsuz daxil olma zamanı baş verib

Statistik təhlil göstərir ki, mina hadisələrinin 51%-i azad edilmiş ərazilərə qanunsuz daxil olma zamanı, 26%-i təmizlənmiş ərazidən kənara çıxma hallarında baş verib.
media1.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Ərazilər azad edildikdən sonra 73 mülki şəxs mina hadisəsinin qurbanı olub, onlardan 49 nəfəri yaralanıb, 24 nəfəri isə ölüb.