08 Sentyabr 2024

Milli ideologiyamızın əsası.

Ulu öndərin ideyalarına əsasən azərbaycançılıq ideologiyası kontekstində inkişaf etdirilir. Milli-mənəvi dəyərlərə dövlətçilik mövqeyindən qiymət verilməsi ölkəmizdə azərbaycançılığın qorunub-saxlanması və inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Heydər Əliyev azərbaycançılığın tərkib hissələrini milli ideologiyamızın strukturuna daxil etməklə mənəviyyat və dövlətçiliyin sintezindən çıxış edirdi. “Bizim həm xarici siyasətdə, həm daxili siyasətdə, həm ictimai- siyasi sahədə, həm sosial-iqtisadi sahədə gördüyümüz işlər milli ideologiyanın üzərində qurulur. Bu milli ideologiya nədən ibarətdir? Birincisi dövlətçilik. Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın , cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır. Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Ona görə hər bir vətəndaş vətənpərvərlik hissləri ilə yaşamalıdır və bizim partiyamız bütün dövlət orqanları, bütün təbliğatımız Azərbaycanda dövlətçiliyi inkişaf etdirmək üçün hər bir vətəndaşda milli vətənpərvərlik hisslərini yaratmalıdır. Milli vətənpərvərlik hissləri hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, hər bir vətəndaş milli mənafeyi öz şəxsi mənafeyindən, öz şəxsi yaşayışından, öz şəxsi həyatından- hər şeydən üstün tutsun”.Elə həmin çıxışda Ümummilli lider Heydər Əliyev milli- mənəvi dəyərlərimizi, milli ideologiyamızın ikinci əsas komponenti kimi təqdim etmişdir. Beləliklə, Heydər Əliyevə görə, milli ideologiyanın əsas tərkib hissələri, bir tərəfdən, milli dövlətçilik, digər tərəfdən, milli mənəvi dəyərdir. Dövlətçilik ideologiyası insanların bir vətəndaş kimi formalaşmasını, Vətənə sevgi hissinı, dövlət mənafeyini üstün tutmaq, şəxsi mənafeyi dövlət mənafeyi prizmasından keçirmək vəzifələrini əhatə edir. Heydər Əliyevə görə, dövlətçilik ənənələri dövlətçilik ideologiyası, dövlərçilik-psixologiyası və dövlətçilik praktikasının vəhtətindən yaranır.Dövlətçilik ideologiyası hüquqi və siyası şüurun yüksəldilməsini, insanın şəxsi həyatının, şəxsi maraqlarının cəmiyyətdə gedən proseslərlə əlaqələndirilməsini, dövlət idarəçiliyində hər bir şəxsin bilavasitə və ya bilavasitə iştirakının təmin olunmasını nəzərdə tutur. Dövlətçilik ideologiyası habelə elmi təfəkkür və mədəniyyətin inkişaf etdirilməsini, dövlət tərəfindən qanunvericilik aktları ilə aparılan təhsil islahatları proseslərinin məqsədyönlü surətdə insanların şəxsi mənafeyi, rifahı və həyat tərzi ilə əlaqələndirilməsini, uyğunlaşdırılmasını əhatə edir. Heydər Əliyevə görə, yeni təhsil siyasəti, yeni sistemə keçidin əsas prinsipləri, həyata keçirilən elm- təhsil proqramların əsasında duran ideyalar milli ideologiya kontektstinə daxil edilməli idi, edildi də, Heydər Əliyev keçid dövründə təhsil proqramının reallaşdırılması ilə milli- mənəvi dəyərlərin qorunub saxlanması arasında uyğunsuzluqlar ortaya çıxa biləcəyini də nəzərə alırdı. Heydər Əliyev milli- mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub saxlanmasını və inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürürdü. Bunlarsız millət yoxdur. Bunları qoruyub saxlamış xalq isə həmişə müstəqillik yolu ilə getmək, müstəqilliyini qorumaq əzmindədir. Çünki milli dövlətçilik və mill-mənəvi dəyərlər arasında sıx bir daxili əlaqə vardır.Prezdent İlham Əliyev müstəqil Azərbaycanın yeni inkişaf mərhələsinin qüdrətli memarı, geniş mənada isə bütövlükdə yeni epoxanın, müasir dövrün görkəmli siyasi lideridir. Müstəqil Azərbaycan dövləti yeni tarixi mərhələdə yetkin, əsaslandırılmış, sınaqlardan çıxmış siyasi təlimin işığında böyük sabahlara doğru qətiyyətlə addımlamaqla davam edir.

Raqub Yunisov YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü, Təzə məhlə ərazi partiya təşkilatının sədri .Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci baş mühasib