22 Dekabr 2024

Millət vəkili Fatma Yıldırım 5 uşaqlı ailənin mənzil şəraitinin yaxşılaşdırılması üçün dəstək olacaq

Bərdə rayonunun Qayalı kəndində 5 uşaqlı ailənin dramı sosial şəbəkələrdə yayılıb.

ATVFM.LİVE-in xəbərinə görə,Bərdə şəhər sakini Sadiq Məmmədovun ailəyə ərzaq yardımı aparması və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində ev tikintisinin başlanması görüntülənib.

Yardımsevər Sadiq Məmmədov hər kəsi bu ailəyə yardım etməyə çağırıb.

Bu günlərdə ailəyə Bərdə şəhər seçki dairəsindən deputat seçilmiş Fatma Yıldırımdan dəstək gəlib.

Fatma Yıldırımın seçki kampaniyasında vəkili olmuş Xosrov Musayev və deputat köməkçisi Fuad Ağayev ailəyə baş çəkib.

Deputat köməkçisi Fuad Ağayevin bildirdiyinə görə, tikinti işlərinin başa çatdırılması üçün Fatma xanım Yıldırım köməklik göstərəcək.

Onu da qeyd edək ki, Sadiq Məmmədovun təşəbbüsü ilə başlayan evin tikintisi uğurla davam etdirilir. Görülən işlər sayəsində evi divarları tamamlanmaq üzrədir.