Messi yeni müqavilə imzalamağa yaxındır
“Barselona”nın kapitanı Lionel Messi Kataloniya klubunda qala bilər.
Qol.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Nikolo Skira özünün “Tvitter” səhifəsində yazıb. Bildirilib ki, tərəflər 2023-cü ilin yayına qədər nəzərdə tutulacaq yeni müqavilə imzalamağa yaxındırlar. “Barselona”nın danışıqların tezliklə müsbət başa çatacağına əmin olduğu vurğulanıb.
Qeyd edək ki, argentinalı hücumçunun klubu ilə hazırkı müqavilə bu yay başa çatır.