22 Dekabr 2024

Məşhur futbolçudan oğullarına QADAĞA – Bunu etsələr, miras almayacaqlar!

Dünya şöhrətli futbolçu Devid Bekhem oğullarına qadına əl qaldırmağı qadağan edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 47 yaşlı sabiq futbolçu oğullarına bununla bağlı sənəd imzalatdırıb.

Sənəddə deyilir ki, əgər oğulları həyatlarındakı istənilən qadına psixoloji və ya fiziki zorakılıq edərsə, mirasdan məhrum olacaqlar.

Uşaqlar imzaladıqları sənədə əməl etməsələr, gələcəkdə atalarının sərvətindən yararlana bilməyəcəklər. Sosial mediada Bekhemın nümunəvi davranışı bəyənilib.

Məşhur dizyaner Viktoriya evli olan Devid Bekhem üç oğul və bir qız atasıdır.