Maqnus Karlsen sürətli şahmat üzrə dünya çempionu oldu
Klassik şahmat üzrə hazırkı dünya çempionu norveçli Maqnus Karlsen sürətli şahmat üzrə dünya çempionatının qalibi olub.
Yarışlar çərşənbə günü Alma-Atada keçirilib.
13 raundun yekunlarına görə, Karlsen 10 xal toplayıb. Bütün turnir ərzində o, rusiyalı qrossmeyster Vladislav Artemiyevdən bir məğlubiyyət alıb, səkkiz qələbə qazanıb və dörd dəfə heç-heçə edib.//Oxu.az