Məzahir Pənahov yenə vəzifəsində qaldı
O, yenidən MSK-nın sədri seçilib
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib. Media1.az-ın xəbərinə görə, toplantıda Milli Məclisin Sədri Sahibə Qafarova və Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev də iştirak ediblər.
İclasda təşkilatı məsələlərə – MSK sədrinin, sədr müavininin və katiblərin seçilməsi məsələsinə baxılıb.
Yeni tərkibdə keçirilən ilk iclasında Məzahir Pənahov yenidən qurumun sədri seçilib.
Qeyd edək ki, M.Pənahov bundan əvvəl də MSK-nın sədri idi.
İlk iclasda həmçinin Mikayıl Rəhimov və Arifə Muxtarova qurumun katibi seçiliblər.
Qeyd edək ki, bundan öncə də Mikayıl Rəhimov və Arifə Muxtarova qurumun katibi olublar.