12 Mart 2025

Laza kəndində nə baş verib? – Turistlərin geyimi, yoxsa avtomobil sıxlığı – VİDEO

Qəbələ rayonunun Laza kəndində yerli sakinlərlə turistlər arasında insident yaşanması haqqında xəbər vermişdik.

BAKU.WS-in məlumatına görə, “baku tv” “Lazada nə baş verir?” sualının izi ilə hadisələrin cərəyan etdiyi kəndə yollanıb.

Çəkiliş qrupu ilə söhbət zamanı kənd ağsaqqalı Məhərrəm kişi deyir ki, gələn qonaq başım-gözüm üstünə amma…

“Maşın əlindən biz hərəkət edə bilmirik. Həftə sonu kəndə giriş-çıxışlarda ciddi problemlə üzləşirik”.

Kənd sakinlərini narazı salan yeganə məqam turist avtomobilləri deyil. Onlar həm də, qonaqların geyim-kecimlərindən gileylənirlər.

Hazırda insident yaşandığı yerdə sakitlikdir. Sakinlərin əsas istəyi budur ki, kəndin girişində parkinqlər qurulsun.

Daha ətraflı sujetdə: