Layihə: Mina təhlükəsindən özünü və yaxınlarını qoru
“Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Mina təhlükəsindən özünü və yaxınlarını qoru mövzusunda maarifləndirmə tədbirlərinin təşkili” layihəsini həyata keçirir.
Layihə çərçivəsində “Mina təhlükəsi və partlayıcı sursatların təsirləri”nə dair maarifləndirmə üzrə seminarlar təşkil olunacaqdır. Seminarlar Ağdam, Ağcabədi və Beyləqan rayonlarında yerli sakinlərin iştirakı ilə keçiriləcəkdir. Seminarlarda təqdimat zamanı qlobal miqyasda mina təhlükəsi, müharibənin təsirlərinə məruz qaldığı rayonlarda mina və müharibənin partlamamış qalıqları ilə çirklənmə səviyyəsi, mina və müharibənin partlamamış qalıqları haqda ümumi məlumat, mina mifləri, mina və partlamamış hərbi sursatlarla təhhlükəsiz hərəkət qaydaları, əsas mesajlar, xəbərdaredici işarələr, işğaldan azad edilmiş ərazilərə qanunsuz səfərlərin qarşısının alınmasında icma səviyyəli maarifləndirmə işləri öz əksini tapacaq, müzakirələr aparılacaqdır.
Qeyd edək ki, layihənin əsas məqsədini müharibənin təsirlərinə məruz qalmış ərazilərdə yaşayan, təhsil alan, işləyən şəxslər arasında mina və partlamamış hərbi sursatlar, eyni zamanda təhlükəli ərazilər, onların əlamətləri və təhlükəli ərazilərdə düzgün davranış qaydaları haqqında məlumat vermək təşkil edir.
.