Laçın dəhlizinin Ermənistandan keçən hissəsi yazda hazır olacaq

“Laçın dəhlizinə alternativ yolun tikintisi yazda bitəcək. Tikinti başlayıb, texnika işləyir, yol çəkilir”.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri Qnel Sanosyan bildirib.
“Biz onu üç hissəyə bölmüşük və fəal işləyirik”, – o əlavə edib.