Kürdəmirdə ailə faciəsi – Azyaşlı bacılar öldü
Kürdəmirdə iki bacının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Media1.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, ötən gecə rayonun Karrar kəndində 2012-cu il təvəllüdlü Qasımzadə Səma Elton qızı və onun 2014-cü il təvəllüdlü bacısı Fəridə hamamda dəm qazından zəhərlənib. Bacılar xəstəxanaya aparılarkən yolda vəfat ediblər.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.