23 Dekabr 2024

Kriştiano Ronaldo Azərbaycana qarşı

Futbol oyunu Lissabondan Turinə keçirildi

“The Hindustan Times” yazır ki, Portuqaliya milli futbol komandası Azərbaycana qarşı növbəti oyunu paytaxt Lissabonda deyil, İtaliyanın Turin şəhərində keçirəcək. Bu qərarın ortaya çıxmasında Portuqaliya milli komandasının kapitanı, hazırda İtaliyanın “Yuventus” komandasında oynayan Kriştiano Ronaldo mühüm rol oynayıb. Bu dəyişiklik Portuqaliya paytaxtı Lissabonda koronovirusla bağlı vəziyyətin acınacaqlı olması ilə bağlıdır.

İtaliyada yayımlanan xəbərlərə görə, Kriştiano Ronaldo Portuqaliya millisinin “Yuventus”un təlim mərkəzində məşq etməsini arzulayır.

Portuqaliya gələn həftə Turində 2022-ci ildə keçiriləcək Dünya Kubokunun seçmə mərhələsində Azərbaycanın milli futbol komandasına qarşı oynayacaq. Meydana çıxanlar arasında Kriştiano Ronaldo da var.

Yazının orijinalını buradan oxuyun: https://www.hindustantimes.com/sports/football/ronaldo-pushed-for-portugal-to-face-azerbaijan-in-turin-reports-101616076517372.html

Elbəyi Həsənli, Sürix

Musavat.com