12 Mart 2025

Kremldən “Bayraktar”la bağlı təhdid

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Ukraynada “Bayraktar” pilosuz uçuş aparatlarını istehsal edəcək zavodun yaradılacağına münasibət bildirib.

Media1.az “Report”a istinadən xəbər verir ki, Kremlin rəsmisi deyib:

“Əgər Ukraynada “Bayraktar” PUA-larını istehsal edəcək zavod yaradılarsa, demilitarizasiyaya uğradılacaq”.

Qeyd edək ki, ötən gün Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar Ukraynada “Bayraktar” PUA-larını istehsal edən zavodun tikiləcəyini açıqlayıb. Onun sözlərinə görə, Ukrayna və Türkiyə arasında “Bayraktar” zavodunun tikintisinə dair saziş təsdiqlənib.