08 Sentyabr 2024

Kreml Putin-Ərdoğan görüşünün sentyabrın 4-də Soçidə keçiriləcəyini təsdiqləyib

Rusiya və Türkiyə prezidentləri sentyabrın 4-də Soçidə görüşəcəklər.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü Vladimir Putin və Rəcəb Tayyip Ərdoğanın sentyabrın 4-də Soçidə görüşəcəklərini təsdiqləyib.