Kərbəlada ziyarətgah uçdu: Ölənlər və yaralılar var

İaqlın Kərbəla şəhərində ziyarətgah uçub.
Media1.az dünya mediasına istinadən xəbər verir ki, ölkənin Kərbəla bölgəsində çoxlu ziyarətçinin olduğu ziyarətgahlardan birində torpaq sürüşməsi baş verib. Nəticədə ziyarətgah uçub, dağıntılar altında çox sayda insan qalıb.
İndiyədək dağıntılar altında qalan 4 nəfərin cəsədi tapılıb. Daha 6 nəfər xəsarətlə dağıntılar altından çıxarılıb.
Məlum olub ki, ziyarətgahın Şiə müsəlmanları üçün müqəddəs sayılan İmam Əli hərəminin damı həddindən artıq rütubət səbəbindən torpağın sürüşməsinin təsirindən uçub.