25 Aprel 2024

Toy günü bəyi ildırım vurdu

Çinin Yunnan əyalətində toydan əvvəl mənzərəsi gözəl bir yerdə nişanlısı ilə şəkil çəkdirmək istəyən bəyi ildırım vurub.

Media1.az Publika.az-a istinadla xəbər verir ki, bəy ildırım vurması nəticəsində dünyasını dəyişib.

Bundan əvvəl isə Çinin Hava Bürosu adıçəkilən əyalətdə güclü şimşək çağacağı və yağış yağacağı ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Lakin bəy və gəlin xəbərdarlığa əməl etməyib.

Hadisədən sonra bəy və gəlinin yaxınları ildırım vuran şəxsi xəstəxanaya, oradan da müayinə üçün morqa aparıblar.

Məlumata görə, hər il Çində 4 minə yaxın şəxs ildırım vurmasından ölür.