Kəlbəcərdə mina partlayışı nəticəsində hərbçimiz xəsarət alıb

Yanvarın 2-də Kəlbəcər rayonunun Bağlıpəyə yaşayış məntəqəsi istiqamətində piyada əleyhinə mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Eyniyev Yusif Süleyman oğlu xəsarət alıb.
Müdafiə Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, əsgər Y.Eyniyev hərbi tibb müəssisəsinə təxliyə edilib.
Faktla bağlı araşdırma aparılır.