Jurnalistlərə iqtisadi dəstəklə bağlı bir sıra təkliflər hazırlanıb – Agentlik

Jurnalistlərin iqtisadi müstəqilliklərinin gücləndirilməsi istiqamətində dəstəyin göstərilməsi üçün bir sıra təkliflər hazırlanıb.
media1.az Trend-ə istinadən bildirir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) mətbuat katibi Səidə Şəfiyeva bildirib.
O qeyd edib ki, agentliyin yaradılmasında əsas məqsədlərdən biri jurnalistlərin iqtisadi müstəqilliklərini gücləndirməyə dəstəyin göstərilməsidir.
“Bu istiqamətdə də MEDİA bir sıra təkliflər hazırlayıb və aidiyyəti üzrə hazırda müzakirələr aparılır”, – deyə o əlavə edib.