Jurnalist Vüsal Bayramov bu gün Bərdə xəstəxanasına yerləşdirilib

Arantv.az-ın təsisçi və redaktoru Vüsal Bayramov iyulun 7-də kəskin ağrılarla Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Bu barədə jurnalist Vüsal Bayramovun atası Rafiq Hüseynov Medi1.az-a bildirib.
Rafiq Hüseynovun bildirdiyinə görə , Vüsal Bayramovun hələ axşam saatlarından kəskin ağrıları olub. Gecəni şiddətli ağrılara dözərək səhərin açılmasını gözləyib.Səhər saatlarında Bərdə rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Xəstə dərhal tələb olunan müayinələrdən keçirilib. Qərara alınıb ki, xəstəxanaya yerləşdirilməlidir. İlkin hazırlıqlardan sonra öd daşlarının təmizlənməsi üçün cərrahiyyə əməliyyatı aparılmalıdır.
Vüsal Bayramlının atası jurnalist Rafiq Hüseynov xəstəxana rəhbərliyinin, eyni zamanda tibbi heyyətin diqqət və qayğısından da məmnunluğunu bildirib. Göstərilən diqqət və qayğıya görə, Rafiq Hüseynov xəstəxananın direktoru Vüsal Məmmədova və direktor müavini Loğman Abbasova minnətdarlığını ifadə edib.
Onu da qeyd edək ki, iyulun 8-də jurnalist Vüsal Bayramovun cərahiyyə əməliyyatına götürüləcəyi gözlənilir.
