İsveç NATO ilə əməkdaşlığı dərinləşdirəcək
İsveç ölkənin Şimali Atlantika Alyansına hərbi inteqrasiyası sahəsində dərin siyasət yürütmək niyyətindədir.
Bunu ölkənin müdafiə naziri Pol Yonsson deyib.
“Düşünürəm ki, imzalanacaq təxminən on beş akt var və biz İsveçin hərbi sahədə NATO-ya getdikcə daha dərin inteqrasiyasını görürük”, – deyə İsveç müdafiə nazirliyinin rəhbəri bildirib.
Bundan əvvəl İsveçin baş naziri Ulf Kristersson ölkəsinin hələ də Finlandiya ilə birlikdə NATO-ya üzv olmaq istədiyini bildirib. Finlandiya mediası isə ölkənin İsveçsiz NATO-ya üzv olmağa hazır olduğunu yazıb.