02 İyul 2025

İstənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir.

Güclü  iqtisadiyyat  siyasi, iqtisadi sabitlik  və  siyasətimizin  proqnozlaşdırılması,   mümkün  qədər  çox  ölkələr  ilə  daha  yaxın  münasibətlərin  qurulması  ilə  yanaşı,  bugünkü  reallığa  gətirib çıxarır.
Orta  Dəhliz  adlandırılan  layihəyə  diqqətin  artması  ilə  Cənubi  Qafqazda  nəqliyyat  şəbəkələrinin  inkişafı  daha  aktual və cəlbedici  olur.
İkinci  Qarabağ  müharibəsinin  başa çatması  ilə  yeni  nəqliyyat  və  regional  iqtisadi  əlaqələrin  bərpa  olunması  imkanları  xeyli  genişlənib.
Multimodal  nəqliyyat  marşrutuna  Mərkəzi  Asiya  və  Cənubi  Qafqazı, Avropa  və  Çinlə  birləşdirən  limanları,  dəmir  yolları  və  avtomobil 
yolları  daxildir. Dəhlizin  inkişafını  təşviq  etmək  üçün  onun  xidmət  göstərdiyi  ölkələr  2017-ci  ildə  Transxəzər  Beynəlxalq  Nəqliyyat  Marşrutları  Assosasiyasını  yaradıblar. İnfrastrukturun  təkmilləşdirilməsi  isə  bu  ticarət  dəhlizinin  iqtisadi  səmərəliliyini  artıraraq  əlaqəni  yaxşılaşdırmağa  və malların  daşınmasını  sadələşdirməyə  davam edir.
Transxəzər  Beynəlxalq  Nəqliyyat  Marşrutu  (və  ya   Orta Dəhliz)  Cənub – Şərqi  Asiya  və  Çindən  başlayaraq,  Qazaxıstan, Xəzər  dənizi, Azərbaycan  Gürcüstan  və  daha  sonra  Avropa  ölkələrinə keçir.
Azərbaycan, Türkiyə və Özbəkistanın  yüksək  tranzit  potensialından  daha yaxşı istifadə  etmək  məqsədilə  Beynəlxalq  nəqliyyat  dəhlizlərinin  inkişafı  üzrə  əməkdaşlığın  daha  da  möhkəmləndirilməsi imkanları  müzakirə edilib. Bu  xüsusda  Transxəzər  Beynəlxalq  Şərq  Qərb  Orta  Dəhlizinin  və  bu  dəhlizin  bir  hissəsi  kimi  Bakı – Tbilisi – Qars  dəmiryolunun  əhəmiyyəti  vurğulanıb.
Son illərdə Azərbaycan Gürcüstan və Türkiyə ilə Özbəkistanın istifadə edə biləcəyi  Bakı – Tbilisi – Qars  dəmiryolu  kimi  möhkəm  infrastruktu  qurmaqla  Qafqazın  əlaqə  imkanlarını  artırmaq  üzərində işləyir. 
Bəzi  hesablamalara  görə  yeni dəhlizdə  yük  daşınması  Qazaxıstandakı  Xorqos  dəmiryolu  vasitəsiylə  mövcud olandan  295 km  qısa olacaq.
Müharibədən  sonra  Azərbaycanın  regionda  təklif  etdiyi  altılıq platforması  məhz  Şimal Cənub  dəhlizlərinin   Azərbaycan üzərində  Orta  dəhlizə  birləşməsi, Cənubi Qafqazda habın  yaradılması  məqsədinə  xidmət edir.
Zəngəzur  dəhlizi  bu  
habda açar  rolunu  oynayır  və  Azərbaycan  üçün ikinci  Qərb  qapısıdır. Prezident İlham Əliyevin  qeyd etdiyi  kimi,  Zəngəzur  dəhlizi indi  Türk  dünyasının  birləşməsi  rolunu  oynayacaq.  Çünki,  Zəngəzurdan  keçən  nəqliyyat,  kommunikasiya, infrastruktur  layihələri  bütün  Türk  dünyasını  birləşdirəcək. 
Eyni  zamanda  Orta  Dəhlizin  tərkib  hissəsi  kimi   Azərbaycanın  Şərqi  Zəngəzur  rayonunun  Azərbaycanın  Naxçıvan  Muxtar  Respublikası  ilə  birləşdirilməsi  vacib  
məsələdir.  Bu, qarşıda  görüləcək  bölgədə  yeni  nəqliyyat  və  infrastruktur  xəritəsinin  formalaşdırıldığını  deməyə  əsas  verir.
Azərbaycanda  hava  limanları  layihələrinin  tamamlanması  prossesi  gedir. Laçın  hava limanı  hazır  olandan  sonra,  hansı ki, işğaldan azad olunmuş  ərazilərdə  üçüncü  hava  limanı  olacaq. Azərbaycanda Beynəlxalq  hava  limanlarının  sayı  doqquza  çatacaq.
Cari  ilin  iyul ayında  Avropa  komissiyası ilə təchizatı  iki  dəfə  artırmaq  üçün 
Anlaşma  Memorandumu  imzalanıb. Bizim  gələcək  illərdə   istismara  verməyi  planlaşdırdığımız  yeni  qaz  yataqları  və  Enerji  şirkətimiz olan  SOCAR-da ciddi  islahatlar  aparılıb. Hazırda  biz  Albaniya  hökuməti  ilə  bu  ölkənin qazpaylayıcı  şəbəkəsinə  sərmayə  qoyulması  barədə  müzakirə  aparırıq.

Nərgiz Cəfərova – Bərdə şəhər 2 saylı kitabxananın müdiri